Kokos yağının faydaları - Maskalar

Kokos yağının faydaları - MaskalarMüasir zamanda kokos tozundan, yağından çox istifadə edilir.

Kokos yaginin xeyirleri nedir? Ne ucun istifade ede bilersiniz?

Kokos yağının faydaları

Doktorinfo.az təqdim edir:

Qan şəkərini tənzimləyir

Maddələr mübadiləsini sürətləndirir

Enerji verir

Bu xüsusiyyətləri ilə pəhriz edənlərin köməkçisidir

Xüsusilə şirniyyat hazırlamaqda istifade edilir

Kokos yağının faydaları - MaskalarGoz etrafinda yaranan qırışlar zamanı da effektlidir

Quru dəriləri nəmləndirir

Saçları yumşaldır, parlaqlıq qazandırır

Bəzən hansısa məhsulu yalandan tərifləyir olmayan faydasını bildirirlər. Ancaq kokos tərkibli şampunlar saçlarınızı günəşdən qoruyacaq, rəngli saçlar zədələnibsə və qurudursa bu yağın maskalarından istifadə edə bilərsiniz.

Fərqli saç tiplərinə görə kokos yağından hazırlanan bir neçə fərqli maskaları təqdim edirik:
Kokos yağının faydaları - MaskalarNormal-quru saçlar üçün maska

Saçlarınız çiyin hizasındadırsa 5 xörək qaşığı, daha uzundursa 8-10 xörək qaşığı kokos yağı kifayət edir. Saçlarınız quru olduğu zaman köklərdən uclara qədər əllərinizlə yaxşıca yedizdirərək çəkin. Saçınızın vəziyyətinə görə, 1-3 saat arası gozledib hər zaman yuduğunuz formada şampunlayıb durulayın.

Zedelenmis saclar ucun maska

Saç çiyindəndirsə saç üçün 5 xörək qaşığı, daha uzun saçdırsa 8-10 qaşıq kokos yağı kifayətdir. Damla badam və ya küncüt yağı əlavə edə bilərsiniz. Əllərinizlə köklərdən uclara doğru saçınıza qarışımdan çəkin. Daha sonra dəsmalınızı taxın saçınızda bu maskanı 1 gecə gözlətdikdən sonra şampunla yuyun. İlk dəfədən fərqi görəcəksiniz.

Çətin açılan saçlar üçün saç kremi

Daranması, açılması çətin saça sahibsinizsə saç uzunluğunuza görə uyğun gördüyünüz miqdarda yağı eyni saç kremi kimi istifadə edin. İstəsəniz sevdiyiniz saç kreminizə də əlavə edə bilərsiniz.

Qıvrım və qabarıq saçlar üçün maska

Saciniz çox gurdursa və quruduqda qabarırsa kokos yağından istifadə edə bilərsiniz. Saçınız nəmli ya da quruykən tətbiq edə bilərsiniz. Əgər çox qıvrım deyilsə, dalğalıdırsa eyni prosedurla qıvrım hissələri daha qabarıq, gözəl hala gətirə bilərsiniz.
Kokos yağının faydaları - MaskalarQuru dərilər üçün pilinq kimi istifadə edə bilərsiniz

Bunun üçün 1 xörək qaşığı kokos yağına yarım xörək qaşığı üyüdülmüş qəhvə, qend, yulaf əzməsi, duz ya da sodadan birini əlavə edib qarışdırın və pilinq ədə edin. İstər üzünüz istərsə də vücudunuz üçün istifadə edə bilərsiniz.

İncə qırışların görüntüsünü azaldır

Göz ətrafı, ağız yanında yaranan xəttlər üçün faydalıdır. Təmiz üzə çəkilməlidir. Mütəmadi tətbiq edildiyi zaman nəmləndirmə sayəsində qırışlar azalır.

Eyni zamanda kəpək problemini aradan qaldırır

Kokos yağı ölü dərilərin atılmasını və saç köklərinin nəmlənməsini təmin etdiyindən mütəmadi istifadə zamanı kəpək problemi aradan qaldırılır. Duşdan öncə saçlar yaxşıca bu yağa ovalanmalıdır. 1-3 saat gözlətdikdən sonra yumalısınız.

Tük köklərini incəldir

Vücud tüklərinizdən xilas olmaq üçün istifadə etdiyiniz əşyanın içərisinə kokos yağından əlavə edin. Yeni tüklər çıxan zaman köklərinin sərt olmadığını görəcəksiniz.

Şahanə Quliyeva

Xalq Təbabəti     Baxılıb: 172   Tarix: 23 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Öskürəyi tez kəsən dərman

Öskürək bir çox viral və bakterial xəstəliklər zamanı baş verir. Həkimlər hər yaranan öskürək üçün dərhal edilən müdaxiləni doğru hesab etmirlər. məlumat verir ki, öskürək hansısa problemin göstəricisi olaraq üzə çıxır. Bunu

Kürək ağrısının təbii müalicəsi

Bel ağrısı nədən qaynaqlanır?. Kürək ağrısına nə yaxşı təsir göstərir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bel agrisinin sebebleri:. təqdim edir:. Duruş pozğunluqları. Uzun müddətdə masa arxasınd

Nanə yağının faydaları və zərərləri

Nanə yağı, nanə yarpaqlarının bitkisindən əldə edilən, müxtəlif məqsədlər üçün istifadə edilən, sağlamlıq cəhətdən bir çox fayda verən, sərin yağdır. Nanə yağı, ən başda bağırsaq sindrom simptomlarını yaxşılaşdırmasıyla birlikd

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Daim əlləriniz üşüyür? - Səbəbi və həll yolu

Bir çox insan əllərinin, barmaqlarının daim soyuq olmasından şikayətlənirlər. Bədənləri üşüməsə də əllər və barmaqlar buz kəsir desək yanılmarıq. xəbər verir ki, buna sebeb barmaqlara kifayət qədət qanın çatmamasıdır. Bə

Üz qırışlarını necə azaltmaq olar? - Təbii vasitələr

Həm genetik həm də ətraf bir çox faktora bağlı olaraq zaman ərzində dərinizdə üzümüzdə qırışlar yaranmağa başlayır. Bu qırışların sayının çoxalması və dərinləşməsi də keflərin pozulmasına səbəb ola bilir. Üz qırışı nə üçü

Gözaltı göyərmələrin səbəbləri və təbii çarəsi

Gözaltı göyərmələr zamanla hər insanın başına gələn dəri problemidir. Yorğunluq, genetik faktorlar kimi bir çox fərqli səbəblə ortaya çıxa bilən gözaltı göyərmələri estetik olaraq həm narahat edir, həm də həyat keyfiyyətin

Qaşınmanın təbii yolla müalicəsi

Bədən qaşıntısı insanı narahat edən duyğulardan biridir. məlumat verir ki, qaşıntının birdən çox səbəbi ola bilər. Bes qasınmagı yarada bilecek sebebler hansilardir?. Quruluq – İlk olaraq dəri problemi olaraq narahat edə

Ayaq ağrısı üçün maz - Reseptlər

Ayaq agrilari bir çox insanın ortaq problemidir. Səbəbi isə müxtəlifdir. məlumat verir ki, fiziki gərginlikdən qaynaqlanan ayaq ağrıları daha çoxdur. Bu səbəbdən ayaq ağrıları zamanı həkimə müraciət etmək vacibdir. Müalicələrd


sekis cinsi xestelikler hamilelik testi mede agrisi