Maqneziumun qəbulu nə üçün vacibdir?

Maqneziumun qəbulu nə üçün vacibdir?Maqnezium, vücudun normal fəaliyyəti üçün olduqca vacib mineraldır. Vücut bu mineralı özü istehsal edə bilmədiyi üçün qidalar və ehtiyac olduqda əlavələr formasında qəbul edilməlidir. Enerjinin yaranması, qan təzyiqinin tənimlənməsi, əzələ gərginliyinin baş verməməsi və s. kimi insan sağlamlığı üçün gərəkli olan 300-dən çox funksiyanı yerinə yetirir. İnsan vücudunun 60% sümük və dişlərdə, 39% yumşaq toxumalarda, qalan 1% isə qanda mövcuddur. Qan təzyiqinin normal səviyyədə qalmasına, sümüklərin güclü olmasına və ürək ritminin sabit qalmasına kömək edir. Tövsiyə edilən miqdar qəbul olunmadığı zaman iltihablanmanın yaranma riski yüksəlir.

4 yaş və daha artıq şəxslərin gündəlik 375 mg maqnezium qəbul etməsi gərəklidir. Əksikliyi halında həkimlər daha yüksək miqdarlar təyin edə bilərlər.

Faydaları nələrdir?

Beyinə təsir edən ən təsirli vitamin maqneziumdur.

Xoşbəxtlik hormonunun nizamlanması üçün bu element vacibdir.

Maqnezium vücudunuzda kifayət miqdarsa varsa, depressiyanın yaranma riski bir o qədər aşağıdır.

Vücudda yorğunluğun və tükənmişliyin azalmasına təsir göstərir.

Diş sağlamlığı üçün vacibdir.

Hüceyrələrin bölünməsində vacib vəzifələrə sahibdir.

Əzələ funksiyalarının, enerji yaranmasının həyata keçməsinə kömək edir.

Hüceyrələri alminium, nikel, civə kimi zərərli elementlərdən qoruyur.

Vücudda kalsium və potasiumun funksiyalarını artırır.

Maqnezium əksikliyi nə zaman yaranır?
Maqneziumun qəbulu nə üçün vacibdir?Maqnezium yeyilən qidaların tərkibində az və ya çox olur. Uzunmüddət bişirilən tərəvəzlərdə maqnezium miqdarı olduqca azdır.

Çox tərləyən ya da bəzi dərmanları istifadə edən insanlarda maqneziumun istifadəsi daha sürətlənir. Stress və hamiləlik kimi hallarda vücudun ehtiyac duyduğu maqzenium miqdarı daha çoxdur. Vücud ətrafdan gərəkli maqnezium miqdarını qəbul etmədiyi zaman sümüklərdə güc zəifləməyə və tükənməyə başlayır.

Maqnezium əksikliyinə səbəb olan faktorlar:

Şəkər xəstəliyi

Siqaretdən istifadə

Böyrək, qaraciyər xəstəlikləri

Yanlış qidalanma

Stresli həyat

Antibiotiklərin qəbulu

Spirtli içkilərin həddindən çox istifadəsi

Çölyak xəstəliyi və s.

Maqnezium əksikliyinin əlamətləri nələrdir?

İştahsızlıq

Bulantı

Qusma

Qəbizlik

Halsızlıq

Saç tökülməsi

Əzələ sancıları

Yorğunluq və s.

Əksikliyinin müalicəsi zamanı maqnezium dərmanları və həmin tərkibli multivitaminlər təyin edilir. Əksikliyinin daha da yüksək olduğu zamanlarda damar yolu ilə verilmə təmin edilir.

Maqnezium əksikliyi hansı xəstəliklərə yol aça bilir?

Tip 2 diabet

Sümük əriməsi

Ürək problemləri

Yüksək təzyiq

Tənəffüs problemləri

Miqren simptomlarının artması

Depressiya

Maqnezium miqdarı nə qədər qəbul edilməlidir?

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, sağlam şəxs gündə 280-350 mg(420 mg-ə qədər mümkün ola bilər) maqnezium qəbul etməlidir. Bu mineralı dərmanlardan alan şəxslər isə diqqətli olmalıdır. Çünki miqdarı nəzarətsiz içilən dərmanlar bədəndə zəhərlənmə yarada bilər.

Maqneziumun qəbulu nə üçün vacibdir?Təbii maqnezium qaynaqları nələrdir?

İspanaq, fındıq, qoz, ərik qurusu, badam, qarpız, badımcan, xurma, lobya, süd, qatıq, banan, avokado, dil balığı, tünd şokolad təbii maqnezium qidaları arasındadır. Ancaq qida ilə təmin edilməyən maqnezium, dərman əlavələri ilə qəbul edilə bilər.

İçilən maqnezium əlavələri mədə bulantısına, qıcolmalara, ishala səbəb ola bilər.

Maqnezium əlavələri digər dərmanlarla birlikdə qəbul edildiyi zaman diqqətlə yanaşmaq lazımdır. Öncə həkimlə danışmaq tövsiyə edilir. Çünki dərmanlar bir-birlərinə təsir göstərir və bununla da vücudda dəyişikliklər baş verə bilər.

Şəkər, bağırsaq, ürək problemləri, böyrək xəstəliyindən əziyyət çəkənlərin həkimlə məsləhətləşmədən maqnezium qəbulları tövsiyə edilmir.

Maqnezium miqdarı normadan artıq qəbul edildiyi zaman hansı əks təsirlər yarana bilər?

Mədə bulantısı, ishal, aşağı təzyiq, əzələ zəifliyi baş verə bilər. Çox yüksək miqdarda maqneziumun qəbulu ölümcül təsirə səbəb ola bilər.

Sağlam Qida     Baxılıb: 357   Tarix: 18 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Balqabaq tumu yağının möcüzəvi faydaları

A, B, E vitamini mövcud olan, omeqa 3, 6, potassium, dəmir, fosfor və maqnezium kimi minerallar baxımından olduqca zəngin olan balqabaq tumu yağı içərisindəki bütün bu maddələr sayəsində insan orqanizmi üçün olduqca faydalıdır

Əjdaha meyvəsinin faydaları və zərərləri

Əjdaha meyvəsi (Hylocereus Undatus) kaktus ailəsinə məxsus və rəngli meyvə növüdür. xəbər verir ki, əjdaha meyvəsi fərqli rənglərə sahib qabığı və iç meyvəsi ilə diqqət çəkir. Son illərin məşhur meyvələrindən hesab edilir

Pəhriz zamanı nələri səhv edirik?

Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir. Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?. Pəhriz zamanı nələrə diqqət edilməlidir?. Çox aşağı kalorili qidalanmayın

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Gecə yatmazdan öncə yumurta yeməyin faydaları

Yumurta, faydası çox olan əsaslı qidalardan biridir. Yumurtanın faydaları və zərərləri nələrdir?. Nə üçün gecə yatmazdan öncə yeyilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir ədəd yumurtanı

Limonun faydaları

Xəstə olduğumuz zaman C vitamini üçün bolca istifadə etməyə çalışdığımız limonun bir çox faydaları mövcuddur. xəbər verir ki, limondan istifadə etmək üçün bir çox səbəb vardır. Limonun faydalari nelerdir?. Limon immunitet

Əzgilin fayda və zərərləri

Əzgil aşağı kalorili, lif və minerallarla zəngin olan meyvədir. Tərkibindəki lif həzm sistemini tənzimləyir. Eyni zamanda aşağı glisemik indeksi sayəsində qan şəkərini nəzarət altında tutmağa kömək olur. xəbər verir ki, antioksidantla

Qış meyvələrindən necə və nə üçün istifadə edilməlidir?

Qış meyvələri, soyuq aylarda sağlamlığınızı qorumaq üçün vacibdir. Bu mövsümdə bolca mövcud olan portağal, naringi, alma kimi meyvələr, yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir. xəbər verir ki, nar v


hamilelik testi boyrek agrisi cinsi xestelikler sekis