Gecə yatmazdan öncə yumurta yeməyin faydaları

Gecə yatmazdan öncə yumurta yeməyin faydalarıYumurta, faydası çox olan əsaslı qidalardan biridir.

Yumurtanın faydaları və zərərləri nələrdir?

Nə üçün gecə yatmazdan öncə yeyilməlidir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Bir ədəd yumurtanın həm bəyaz qismi, həm də sarı hissəsi, protein, vitamin və mineral baxımından olduqca zəngindir. Xüsusilə səhər yeməklərində yemək olduqca faydalıdır. Gündə 3 ədəd yumurtaya qədər yeyilə bilər.

Doktorinfo.az xəbər verir ki, yaxşı xolesterini yüksəldib, ürək problemlərinə qarşı qoruyur.

Yumurtanin yararlari nelerdir?

Mineral, protein cehetden olduqca zəngin qida qaynağıdır. Yumurta istifadə etmək bədəni narahatçılıqlara qarşı ayaqda tutar.

Tərkibində mövcud olan amino asit ilə bədəni qidalandırır.

Yumurta içərisində birdən çox vitamin və mineral mövcuddur.
Gecə yatmazdan öncə yumurta yeməyin faydalarıÜrək sağlamlığını qoruyur

İmmunitet sistemini qoruyur

Əzələ və sümüklərin inkişafını temin edir.

Göz sağlamlığını qoruyur

Yaddaşı gücləndirir

Beyin sağlamlığı üçün olduqca faydalidir

Bədənin dəmir miqdarını yüksəldir

Uşaqları infeksiyalardan qoruyur

Piylənmə riskini azaldır.

Yumurtanin zererleri nelerdir?

Çiy ya da az bişən yumurtalar, qabıqlarda mövcud olan bakteriyaların vücuda daxil olma ehtimalını yüksəldir. Çiy yumurtanın tərkibində salmonella mikrobu mövcuddur. Qabığı çatlayan yumurtaları almaq tovsiye edilmir. Son istifadə müddətinə diqqət etmək lazımdır. Yumurta qida allergiyası olaraq görülən 8 qida növündən biridir. Bu qidaya allergiyası olanlar üçün həyati risk yarada bilər.
Gecə yatmazdan öncə yumurta yeməyin faydalarıGündə neçə ədəd yumurta yeməliyik?

Sağlam şəxslər və inkişafda olan uşaqlar üçün hər gün 1 yumurta yemək tövsiyə edilir. Xolesterin məhdudiyyəti olan şəxslərdə gündəlik ən çox 300 mq xolesterin alınmalıdır. Bu səbəbdən qan xolesterin miqdarı çox olan şəxslərdə yumurta yemək həftənin 3-4 günü olmalıdır.

Yumurta nece istifade edilmelidir?

Qidaları yeyərkən yararlarının itməməsi formasında istifadə etmək gərəklidir.

Yumurtanı aşağıdakı formalarda istifadə etmək gərəklidir:

Aşağı kalorili bişirmə üsulu seçin – Yumurtanı soyutmalayıb istifadə etmək olduqca faydalıdır. Ən yüngül kalorili bişirmə üsulu bu formadadır.

Yumurtanı tərəvəzlərlə birlikdə bişirin – Yeməyə əlavə olaraq lif və vitaminlə bol tərəvəzli omlet formasında istifadə edə bilərsiniz.

Ən qidalandırıcı yumurtaları seçin – Toyuğun böyümə və qidalanma forması yumurtanın qidalandırıcı olma xüsusiyyətinə təsir göstərir. Adətən təbii ortamda qidalanan toyuqların yumurtalarını seçməyə diqqət edin.

Yumurtanı həddindən çox bişirməyin – Çox uzun müddət bişən yumurta faydalı deyildir. Yumurtanı tava içində bişirirsinizsə çox qızartmaq tövsiyə edilmir.

Tərkibində həddindən çox xolesterin mövcuddur. Tövsiyə edilən gündəlik xolesterin alma miqdarı 300 mq-dır və 1 ədəd yumurtada 212 mq xolesterin mövcuddur. Toxluq hissi verir və sağlam formada arıqlamağa dəstək olur.

Yeni aparılan araşdırmalar qəribə məqamı diqqətə çatdırırlar. Belə ki mütəxəssislər yatmazdan öncə yumurta yeməyi tövsiyə edirlər.
Gecə yatmazdan öncə yumurta yeməyin faydalarıBəs yatmazdan öncə yumurta yeyən zaman vücudda nələr baş verir?

Yumurta təbii yatışdırıcıdır - Yumurtaya allergiyası olanlar xaric digər şəxslərə həkimlər gün ərzində iki yumurta yeməyi tövsiyə edirlər. Ancaq bunu səhər deyil, gecə yatmazdan öncə yeməyi tövsiyə edirlər. Buna səbəb isə yumurtanın təbii sakitləşdirici olmasıdır.

Yuxu rejimini qaydasına salır, yuxu keyfiyyətini artırır.

Yatmazdan iki saat öncə yeyilən yumurta vücudda melatonin hormonunun istehsalını artırır.

Yumurtanın zəngin tərkibi yuxu dərmanını əvəzləyir.

Həmçinin antidepressant rolunu oynayır.

Gərginlik, stresi azaldır.

Bununla yanaşı əzələləri qoruyur, vücudun ehtiyacı olduğu enerjini bərpa edir.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 572   Tarix: 05 may 2024
f Paylaş

Oxşar xəbərlər

Alçanın faydaları

Alça, faydası bol olan yaz meyvələrindəndir. xəbər verir ki, fərqli növlərə, ləzzətə sahibdirlər. Yaşıl, qırmızı, sarı rəngləri ilə süfrələrin bəzəyidir. Alcanin qida deyeri nedir?. Kalori: 30 qr. Karbonhidrat: 8 qr. Lif

Qarğıdalının faydaları və zərərləri

Bir çox insanın sevərək yediyi qidalardan olan qarğıdalının tərkibi lif və vitaminlərlə zəngindir. Qarğıdalının faydaları və zərərləri nələrdir?. Qarğıdalının nəyə faydalı və ya zərərli olduğunu bilmək üçün məqaləni sonadə

Günəbaxan tumunu necə yeməli?

Bir sıra insanlar günəbaxan tumlarını duzlu formada yeməyi sevsələr də, bir qism duzsuz yeməyə üstünlük verirlər. Bəs günəbaxan tumunun faydası nədir?. Əhvalı yaxşılaşdırır - psixoemosional fonu yaxşılaşdırır, stresin fəsad­­ların

Mədə xorası üçün nələr yeyilməlidir?

Mədə xoraları geniş yayılan problemlərdən biridir. Mədə xorasının əsas əlamətlərindən biri yanma hissidir. Bir çox zaman dərman müalicəsi ilə yanaşı təbii üsullardan da istifadə tövsiyə edilir. xəbər verir ki, mədənin v

Düyü yemək faydalıdır?

Düyü, tərkibindəki vitaminlər baxımından olduqca dəyəlidir. İçərisində 100-də 80 karbonhidrat, 100-də 7 protein, 100-də 2 yağ, 10 mg kalsium, 0,9 mg dəmir, 0,08 mg B1 vitamini (Tiamin), 1,6 mg Niasin, 94 mg fosfor, 92 m

Yuxu gətirən qida və içkilər

Yuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydal

Sarıkökün faydaları və zərərləri

Sarıkök(zərdəçal), yeməklərə dad verən faydalı bitki növüdür. Son illərdə ədviyyat olaraq istifadəsi artıb. xəbər verir ki, sarıkökün istifadəsi vacibdir, ancaq çox istifadəsi də tövsiyə edilmir. Sarıkökün faydaları nələrdir?

Əjdaha meyvəsinin faydaları və zərərləri

Əjdaha meyvəsi (Hylocereus Undatus) kaktus ailəsinə məxsus və rəngli meyvə növüdür. xəbər verir ki, əjdaha meyvəsi fərqli rənglərə sahib qabığı və iç meyvəsi ilə diqqət çəkir. Son illərin məşhur meyvələrindən hesab edilir

Maqneziumun qəbulu nə üçün vacibdir?

Maqnezium, vücudun normal fəaliyyəti üçün olduqca vacib mineraldır. Vücut bu mineralı özü istehsal edə bilmədiyi üçün qidalar və ehtiyac olduqda əlavələr formasında qəbul edilməlidir. Enerjinin yaranması, qan təzyiqinin tənimlənməsi


hamilelik testi tecili yardim cinsi xestelikler boyrek agrisi