Sarımsağın möcüzəvi faydaları

Sarımsağın möcüzəvi faydalarıSarımsaq, yeməklərə ləzzət qatan və xalq arasında möcüzəvi qida olaraq qəbul edilən bitkidir.
İmmuniteti gücləndirməsi, qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salması sarımsağın faydaları arasında yer alır.
Sarımsaq, tibbi xüsusiyyətləri səbəbiylə minlərlə ildir bilinən və istifadə edilən bitkidir. Tərkibində bir çox vitamin, minerallar mövcuddur.

Faydaları nələrdir?
Bakteriyaları, göbələkləri öldürür.

İnsan vücudundakı qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salır.

Qaraciyəri qoruyur.

İmmunitet sistemini gücləndirir.

Sarımsaq necə istifadə edilməlidir?

Aparılan araşdırmalara görə, sarımsağı çiy yemək daha çox faydalıdır.

Sarımsağın möcüzəvi faydalarıSarımsağın həddindən çox istifadə edilməsi hansı problemlərə yol aça bilər?

Xüsusilə ac qarına təzə sarımsaq yemək, mədə ağrısı, qusma, bulantı kimi həzm sistemi problemlərinə yol aça bilər.

Dərman istifadə edənlər sarımsaq yeyərkən diqqətli olsalar daha yaxşı olar. Belə ki, bəzən dərmanın təsirini artıra, bəzənsə azalda bilər.

Vücudun sağlam, enerjili qalmasına kömək edir.

Sarımsağı udaraq istifadə etmək saçlarda yaranan tökülməni azaldır. Saçları daha parlaq, sağlam edir.

İltihablı xəstəliklərə qarşı antibiotik təsiri vardır.

Həzmi asanlaşdırır. Bağırsaqların normal fəaliyyətini təmin edir.

Gecə yatmazdan öncə bir diş sarımsaq udularsa qəbizliyə faydalıdır. Qəbizlikdən qoruyur.

Xərçəngə qarşı qalxan rolunu oynayır.

İnfeksiyaları yaxşılaşdırır. Antibiotik effekti vardır.

Bəs bişmiş sarımsağın faydaları nələrdir?

Sarımsağı çiy yemək daha çox faydalıdır. Ancaq kəskin dadı və qoxusu olduğu üçün hamı bu formada yeməyə bilər. Bu zaman sarımsaq bişirilərək istifadə edilə bilər. Bu həmin xüsusyyətləri xeyli azaldır.

Sarımsağı az bişmiş olaraq istifadə etsəniz bu faydalardan yararlana bilərsiniz:

Ürək-damar xəstəliklərinə qarşı faydalıdır. Damarları təmizləyir.

Qan təzyiqini aşağı salır. Xolesterin səviyyəsini tənzimləyir.

Sümükləri gücləndirir. Sümük və əzələ sağlamlığına təsiri çoxdur.

Qida dəyəri yüksək olduğu üçün yorğunluğu aradan qaldırır.

Vücuda enerji verir.

İştah açıcı xüsusiyyəti vardır.
Sarımsağın möcüzəvi faydalarıTəzə sarımsağın faydaları hansılardır?

Qeyd edək ki, təzə sarımsağın acılıq dadı digərləri ilə müqayisədə daha azdır.

Çibanları və dəri yaralarını yaxşılaşdırır.

Əzələlərdə meydana gələn qıcolmalar üçün faydalıdır.

Damarları genişləndirir və ürək üçün faydalıdır.

Bal ilə birlikdə yeyilərsə bağırsaq parazitləri ilə qurdları tökür.

Öskürək, boğaz ağrısı kimi şikayətlər zamanı faydalıdır. Diş ağrısına təsiri mövcuddur.

Göbələk xəstəliyi zamanı effektivdir.

Astma üçün faydalıdır.

Saç tökülməsinin qarşısını alır.
Hər gün yeməklərdə istifadə etmək tövsiyə edilir.

Sağlam Qida     Baxılıb: 365   Tarix: 04 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Qırmızı kələmin faydaları

Kələmin bir çox növü mövcuddur. Hər bir növü vitamin və minerallarla olduqca zəngin tərəvəzdir. Tərkibindəki yararlı maddələrin təsiri ilə güclü antioksidant xüsusiyyətləri olan qırmızı kələmin faydaları olduqca çoxdur. xəbə

Böyrək xəstələri necə qidalanmalıdırlar?

Böyrək xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Böyrək xəstələri qidalanmaqlarına da xüsusi diqqət göstərməlidirlər. Düzgün qida düzgün müalicə ilə birlikdə davam etdiyi zaman effekti olur. Tərkibində D vitamin

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Balın bilinməyən faydaları

Antiseptik və antibakterial xüsusiyyətlərə sahib olan balın faydaları olduqca çoxdur. Müxtəlif növləri vardır. İnfeksiyalarla mübarizə aparır və mədə problemləri zamanı effektivdir. Balın tərkibi bir çox vitamin və minerallarl

Öpüş xəstəliyi nədir?

Öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi olaraq bilinən mononükleoz, Epstein-barr virusunun səbəb olduğu hərarət, boğaz ağrısı, limfa vəzlərində şişlik əlamətiylə xarakterizə edilən yayılan viral infeksiyadır

Su pəhrizinin faydaları və zərərləri

Müasir zamanda su pəhrizindən tez-tez istifadə edilir. xəbər verir ki, bu müddətdə çəki verməklə yanaşı onu qorumaq da əsas məsələ hesab edilir. Su pəhrizi 24-72 saat ərzində su başda olmaqla sadəcə maye qidaların istifad

Yüksək təzyiq üçün bu qidanı yeyin

Təzyiq xəstəliyi bir çox insanı narahat edir. xəbər verir ki, təzyiqdən əziyyət çəkənlər təzyiqlərini daima nəzarətdə saxlamalı və dərman qəbul etməlidirlər. Yüksək təzyiq barədə ətraflı məlumatı saytımızda bu haqda yazıla

Qış meyvələrindən necə və nə üçün istifadə edilməlidir?

Qış meyvələri, soyuq aylarda sağlamlığınızı qorumaq üçün vacibdir. Bu mövsümdə bolca mövcud olan portağal, naringi, alma kimi meyvələr, yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir. xəbər verir ki, nar v

Yuxu gətirən qida və içkilər

Yuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydal


tecili tibbi yardim cinsi xestelikler qarin agrisi bogaz agrisi