Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydaları

Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydalarıKartof, insanlar tərəfindən çox sevilən və bol miqdarda istifadə edilən tərəvəzdir. Yetişmə baxımından asan və qida dəyərləri cəhətdən zəngin tərkibi ilə seçilir və bir çox fərqli üsulda istifadə edilir. Tərkibindəki vitaminlər, minerallar, lif cəhətdən sağlamlığa faydalıdır. Tərkibindəki lif xüsusiyyəti ilə toxluq hissi verir və arıqlamağa kömək olur. Lif, xolesterin və qan sekeri səviyyələrini nəzarət altında tutaraq ürək xəstəliklərinin qarşısını almağa kömək ola bilər.

Faydaları nələrdir?

Doktorinfo.az məlumat verir ki, antioksidantlar vücudu qoruyaraq xəstəliklərin qarşısını alır.

Həzm sistemini qoruyur: Qəbizliyə və həssas bağırsaq sindromunun qarsisini almaqda faydalıdır.

Qan təzyiqini tənzimləyir: Potasium qaynağı baxımından zəngin olan tərəvəz, qan tezyiqini tənzimləyir və ürək sağlamlığını qoruyur. İnfarkt riskini azaltmağa kömək olur.

Sümük sağlamlığını qoruyur: İçərisindəki dəmir, fosfor, kalsium, maqnezium, sink vücudun sümük quruluşunun düzgün formalaşmasına və qorunmasına kömək edir.

Ürək sağlamlığını qoruyur: Lif, potasium, C vitamini və B 6 vitamini kimi xüsusiyyətəri ilə ürək sağlamlığını qoruyur və bu növ xəstəlik riskini azaldır.

Tərkibində olan kolin, vücudda inflamatuar təsir edərək bir infeksiya və zədələnmə vəziyyətində sürətlə yaxşılaşmağa kömək edir.
Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydalarıXərçəng riskindən qoruyur: Bir çox xərçəng hüceyrəsi növünün yaranmasının qarşısını alır.

Toxluq hissi verir: Pəhriz lifləri adətən çəkini idarəetmədə və arıqlamada vacib faktor olaraq qəbul edilməkdədir. Toxluğu artırır və iştahı azaldır.

Maddələr mübadiləsini sürətləndirir: Tərkibindəki B6 vitamini xüsusiyyəti ilə enerji metabalizmasına kömək edir.

Dəri sağlamlığını dəstəkləyir. Kollagen dərinin dəstək sistemidir. Tərkibindəki C vitamini, dəri zədələnməsinin, qırışlarının qarşısını alan antioksidant vəzifəsini görür. Dəri toxumasını yaxşılaşdırır.

Orta boy kartofun qida dəyəri belədir:

Protein: 4,3 qram

Yağ: 0,2 qram

Karbonhidrat: 37 qram

Lif: 3,8 qram

Şəkər: 2 qram

Kartof necə istifadə edilməlidir?
Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydalarıSağlamlığa faydalı ola bilməsi üçün doğru istifadə edilməlidir. Buxarda bişmiş kartof, sobada və ya başqa yeməyin hazırlanması kimi bir çox formada istifadə edilə bilər. İçərisində nişasta olduğu üçün doğru istifadə edilmədiyində qan şəkərini yüksəldə bilər. Bu səbəbdən düzgün miqdarda yeyilməlidir.

Qızardılan zaman bəzi mineral xususiyyetleri azalda biləcəyi üçün uzunmüddət bişirilməməlidir. Soyutmalandıqdan sonra qabıqlarının soyulması vacibdir. Qızartma zamanı C vitamininin böyük hissəsi itir. Bu səbəbdən qızartma üsullarından uzaq durulmalıdır.

Kartofun zərərləri nələrdir?
Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydalarıHər qidada olduğu kimi kartof da çox yeyilən zaman zerere çevrilə bilər. Qızartma və ya cips olaraq istifadə edilən zaman piylənmə riskini artırır və diabet kimi xəstəliklərə yol aça bilər. Qızartma zamanı qida dəyərləri aşağı düşər və bir çox sağlamlıq probleminə səbəb ola bilər. Həmçinin çox istifadə zamanı qan şəkəri yüksələ bilər və diabeti olan xəstəiklər üçün ciddi risklərə yol aça bilər.

Kartof çörək, makaron, unla eyni qrupda və təsirdə olan qidadır.

Bişirilmiş kartof sürətli karbohidrat mənbəyidir. Enerji ilə vücudu təmin edir, ancaq həmçinin piy toxuması yaradır. Belə ki, 100 qram kartof yeyən zaman qanda qlükoza sürətlə artır, maddələr mübadiləsi pozulur. Nəticədə isə piylənmə problemi yaranır.

Çox kartof yemək ürək-damar sistemi üçün də faydalı deyil. Çox istifadə zamanı piylənməylə yanaşı təzyiq, damar aterosklerozu kimi narahatçılıqlar ortaya çıxır.
Mütəxəssislər isə kartofun qaynar yeyilməsinin əleyhinədir. Çünki bu zaman nişasta qana daha tez sovrulmayacaq.

Soyutma kartof nə üçün faydalıdır?

Çünki bu formada bişirilən kartof potasium, fosfor, B vitaminləri, C vitamin və minerallarla zəngin olur. Çox bişirilən zaman isə qida dəyəri ya tamamilə məhv olur ya da azalır.

Sağlam Qida     Baxılıb: 387   Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qırmızı kələmin faydaları

Kələmin bir çox növü mövcuddur. Hər bir növü vitamin və minerallarla olduqca zəngin tərəvəzdir. Tərkibindəki yararlı maddələrin təsiri ilə güclü antioksidant xüsusiyyətləri olan qırmızı kələmin faydaları olduqca çoxdur. xəbə

Qarğıdalının faydaları və zərərləri

Bir çox insanın sevərək yediyi qidalardan olan qarğıdalının tərkibi lif və vitaminlərlə zəngindir. Qarğıdalının faydaları və zərərləri nələrdir?. Qarğıdalının nəyə faydalı və ya zərərli olduğunu bilmək üçün məqaləni sonadə

Turşu faydalıdır ziyanlı?

Turşu tərəvəz və ya meyvələrin su, duz, bəzən ədviyyatlar içərisində fermentə edilərək hazırlanan, probiotik xüsusiyyətlərə sahib və həzm sistemi sağlamlığına fayda verən bir ferment qidadır. Bəziləri turşunun faydalı olduğun

Əzgilin fayda və zərərləri

Əzgil aşağı kalorili, lif və minerallarla zəngin olan meyvədir. Tərkibindəki lif həzm sistemini tənzimləyir. Eyni zamanda aşağı glisemik indeksi sayəsində qan şəkərini nəzarət altında tutmağa kömək olur. xəbər verir ki, antioksidantla

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Düyü yemək faydalıdır?

Düyü, tərkibindəki vitaminlər baxımından olduqca dəyəlidir. İçərisində 100-də 80 karbonhidrat, 100-də 7 protein, 100-də 2 yağ, 10 mg kalsium, 0,9 mg dəmir, 0,08 mg B1 vitamini (Tiamin), 1,6 mg Niasin, 94 mg fosfor, 92 m

Gecə yatmazdan öncə yumurta yeməyin faydaları

Yumurta, faydası çox olan əsaslı qidalardan biridir. Yumurtanın faydaları və zərərləri nələrdir?. Nə üçün gecə yatmazdan öncə yeyilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir ədəd yumurtanı

Qarpızın bilinməyən faydaları

Yay mövsümünün ən ləzzətli və sərinləşdirici dadlarından olan qarpız, vitamin və mineral tərkibi cəhətdən olduqca faydalı meyvədir. Qarpızın faydaları nələrdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Alçanın faydaları

Alça, faydası bol olan yaz meyvələrindəndir. xəbər verir ki, fərqli növlərə, ləzzətə sahibdirlər. Yaşıl, qırmızı, sarı rəngləri ilə süfrələrin bəzəyidir. Alcanin qida deyeri nedir?. Kalori: 30 qr. Karbonhidrat: 8 qr. Lif


tecili tibbi yardim boyrek agrisi mede agrisi tecili yardim