Qarpızın bilinməyən faydaları

Qarpızın bilinməyən faydalarıYay mövsümünün ən ləzzətli və sərinləşdirici dadlarından olan qarpız, vitamin və mineral tərkibi cəhətdən olduqca faydalı meyvədir.

Qarpızın faydaları nələrdir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az qarpızın xeyirlərini təqdim edir:

Təbii antioksidantdır

Həzmi asanlaşdırır

Maye itkisinin qarşısını alır

Dəri sağlamlığı üçün faydalıdır

İmmunitet sistemini gücləndirir

Qan təzyiqini tənzimləyir.

Ancaq bu kimi faydaları əldə etmək üçün qarpızı tək yemək kifayət deyil. Bununla yanaşı düzgün qidalanmağa diqqət yetirmək lazımdır.

Qarpızın qida dəyəri nədir?

100-də 92 %-i sudan ibarətdir. 100 qram qarpız, vücudu təxminən 39 kq kalori enerji ilə təmin edər.

100 qram qarpızda 8 qr karbonhidrat, 0,6 qr protein, 0,2 qr yağ mövcuddur.

100 qram qarpızı yeməklə gündəlik əldə edirsiniz:
Qarpızın bilinməyən faydalarıC vitamininin 100-də 14-ü

A vitamininin 100-də 12-i

Potasium mineralına olan ehtiyacın 100-də 3-nü

Maqnezium ehtiyacının 100-də 2-ni

B1, B5, B6 vitaminlərinə olan ehtiyacın 100-də 2-ni.

Başqa nə kimi faydaları mövcuddur?

Dəri sağlamlığını təmin edər

Tərkibindəki A və C vitaminləri dəri üçün faydalıdır. C vitamini dərini nəmli, saçların güc olmasına kömək edən protein olan kollagen istehsalını artırır. A vitamini isə dəri hüceyrələrinin yaranmasına və bərpasına xidmət edir.

Stresi azaldır

Xərçəngə qarşı qoruyur

Xüsusilə qarpızın qırmızı rəngli iç qismi likopenlə zəngindir. Antioksidant olan likopen, hüceyrələrin qorunmasında və zərərli maddələrin vücuddan xaric edilməsinə kömək olur. Həmçinin diabet, xərçəng, ürək xəstəliklərinə qarşı qalxan rolunu oynayır.

Qan təzyiqini tənzimləyir

Tərkibində olan potasium və maqnezium, qan təzyiqini aşağı salır. İnfarkt, damar tıxanıqlığı risklərini azaldır. Qan damarlarının genişlənməsini təmin edərək qan təzyiqini aşağı salır.
Qarpızın bilinməyən faydalarıHamilelik zamani qarpiz yeyile bilermi?

Qarpızı rahatlıqla istifadə etmək mümkündür. Vücudu xəstəliklərə qarşı qoruyur. Bəzi araşdırmalara əsasən antioksidant hamiləlikdə yarana biləcək problemlərin riskini azaldır. Həmçinin qarpız mədəni və qida borusunu çox rahatladır. Həzmi asanlaşdırır.

Daxilində mövcud olan lif sayəsində bağırsaqlar fəaliyyətini problemsiz davam edirlər.

Tərkibinin çox hissəsi maye olduğundan hamilə qadınların su ehtiyacının ödənilməsini təmin edir. Bu isə öz növbəsində yarana biləcək problemlərin qarşısını almaq deməkdir.
Qarpızın bilinməyən faydalarıKimlər ehtiyyatla yeməlidir?

Yüksək potasium tərkibi səbəbiylə böyrək xəstələrinə qarpızı yeməzdən öncə həkimlə danışmaqları tövsiyə edilir.

Bundan başqa diabet xəstələri istifadə etdikləri porsa diqqət etməlidirlər. Belə xəstələr 2 dilimdən artıq yeməməlidirlər. Xüsusilə şəkər xəstələri qarpızı pendirlə birlikdə yeyərlərsə qan şəkərini normada saxlamış olarlar.

İdmanla məşul olanlar da idmandan sonra qarpız suyu içə bilərlər. Bu, əzələ ağrılarını azaltmağa kömək olur, gücləndirir. Məşqdən sonra 1 stəkan qarpız suyu içmək tövsiyə edilir.
Qarpızın bilinməyən faydaları

Sağlam Qida     Baxılıb: 280   Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Sarımsağın möcüzəvi faydaları

Sarımsaq, yeməklərə ləzzət qatan və xalq arasında möcüzəvi qida olaraq qəbul edilən bitkidir. İmmuniteti gücləndirməsi, qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salması sarımsağın faydaları arasında yer alır. Sarımsaq

Yuxu gətirən qida və içkilər

Yuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydal

Xərçəng riskini aşağı salır - Kökün faydaları

Kök özünəməxsus dad və qoxuya sahibdir. Rəng cəhətdən bir neçə növü var. Faydaları isə hər rəngində olduqca yüksəkdir. Kökün, 85%-i sudan, 10 %-lik hisəsi lif və şəkərdən, qalan qismi az miqdarda yağ, protein, vitamin v

Bir çox problemin düşməni olan qurudulmuş xurmanın faydaları nələrdir?

Qurudulmuş xurma bir çox xəstəlik üçün şəfa mənbəyi hesab olunur. xəbər verir ki, ürək problemləri, təzyiq, şəkər kimi bir çox narahatlıqlar zamanı effektli təsirə malikdir. Payız-qış mövsümünün ən dadlı nemətlərindən biridir

Çiyələk yarpaqlarının faydaları

Yaz fəslinin gəlməsi ilə birlikdə giləmeyvələrin istifadəsi də bir o qədər də artdı. xəbər verir ki, xüsusilə də uşaqların sevərək yediyi çiyələyin bir çox faydaları mövcuddur. Ancaq bununla yanaşı çiyələyi yeyən zaman atıla

Limonun faydaları

Xəstə olduğumuz zaman C vitamini üçün bolca istifadə etməyə çalışdığımız limonun bir çox faydaları mövcuddur. xəbər verir ki, limondan istifadə etmək üçün bir çox səbəb vardır. Limonun faydalari nelerdir?. Limon immunitet

Balın bilinməyən faydaları

Antiseptik və antibakterial xüsusiyyətlərə sahib olan balın faydaları olduqca çoxdur. Müxtəlif növləri vardır. İnfeksiyalarla mübarizə aparır və mədə problemləri zamanı effektivdir. Balın tərkibi bir çox vitamin və minerallarl

Su pəhrizinin faydaları və zərərləri

Müasir zamanda su pəhrizindən tez-tez istifadə edilir. xəbər verir ki, bu müddətdə çəki verməklə yanaşı onu qorumaq da əsas məsələ hesab edilir. Su pəhrizi 24-72 saat ərzində su başda olmaqla sadəcə maye qidaların istifad

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını


tecili tibbi yardim hamilelik testi qarin agrisi babasil mualicesi