Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumunun faydaları və zərərləriKətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur.

Kətan toxumu, yağ, lif və antioksidant qaynağıdır. Çində və Misirdə yetişdirilən toxum, tibdə də istifadə edilir. Yağı, unu, kapsullarından istifadə edilir. Qəbizlik, diabet, yüksək xolesterin, ürək xəstəliyi kimi bir çox xəstəliklər zamanı faydalıdır. Ancaq faydaları ilə yanaşı zərərləri də mövcuddur.

Kətan toxumunun 2 xörək qaşığında 6 qram lif, 4-5 qram bitki proteinlə yanaşı B qrupu vitminləri, maqnezium, manganez, fosfor, bakır, tiamin mövcuddur. Maqnezium yuxu və ruh halını yaxşılaşdırarkən, manganez kollagen istehsalını dəstəkləyərək dəri sağlamlığı və sümük sağlamlığı üzərində müsbət təsirə malikdir. Fosfor sayəsində hüceyrələrin yaranması və sümüklərin qorunmasını təmin edilə bilər.

Antioksidant qaynağıdır. Bunun sayəsində stresə qarşı xərçəngdən və ürək xəstəliklərindən qoruyur. Həmçinin erkən qocalma, altsheymer, parkinson kimi xəstəliklər riskini aşağı salır.
Kətan toxumunun faydaları və zərərləriXolesterini aşağı salır. Ürək sağlamlığı üçün əhəmiyyətə malikdir. Pis xolesterini endirib, yaxşı xolesterini qaldırır.

Həzm sistemini qaydaya salır. Toksinlərin və yağların vücuddan atılması liflər sayəsində olur.
Kətan toxumunun faydaları və zərərləriKətan toxumu, tərkibi ilə süd vəzi, bağırsaq, prostat xərçəng şişlərinin qarşısını almağa kömək edir. Yeni qan damarların yaranmasını və böyüməsini dayandıra biləcək gücü vardır.

Qan şəkərini tənzimləyir.

Dərini yaxşılaşdırır. Kətan yağından istifadə dəri üçün gözlə görünəcək həddə dəyişikliklərə səbəb olur. Dəri parlaq görünür, qabıqlanma azalır. Saça da faydaları çoxdur. Kəpək yaranmasının qarşısını alır. E vitamini tərkibi ilə dayanıqlı nəmli saçlara sahib olmağa kömək edir.

Tox tutur – Tərkibindəki liflər, su ilə birləşdiyi zaman gel kimi miqdar alınır. Bu da mədənin boşalmasını gecikdirir və toxluq hissinin uzunmüddət davam etməsini təmin edir.

Araşdırmalara görə, 2 qaşıq kətan toxumu istifadə edənlərdə çəki itkisi və bel ətrafında incəlmə baş verir.

Qadınlar nə üçün kətan toxumundan istifadə etməlidirlər?

Hamilə qalmaq ehtimalını artırır. Hormonal pozuntularının qarşısını alır.
Kətan toxumunun faydaları və zərərləriZərərləri nələrdir?

Xüsusilə hamilələr və uşaq əmizdirən qadınların kətan toxumu istifadə etməmələri tövsiyə edilir. Yüksək potasium tərkibi ilə kətan toxumunu böyrək xəstəliyi olanlara mənfi təsir göstərir.

Kətan toxumu necə saxlanılmalıdır?

Toxum toz halındadırsa hava ilə təmas zamanı oksitlənir. Bu səbəbdən bütöv olaraq istifadəsi məsləhətdir. Əgər toz haldadırsa mütləq şüşə qabda, quru yerdə saxlanılmalıdır.

Sağlam Qida     Baxılıb: 15808   Tarix: 20 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Qara çayın faydaları və zərərləri nələrdir?

Qara çay tərkibindəki antioksidant sayəsində xərçənglə mübarizədə vacib yer tutur. Bununla birlikdə infeksiya, sümüklərin qüvvətlənməsi, qaraciyər detoksu, dərinin parlaması, yaddaşın quvvetlenmesi kimi bir çox faydası vardır

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. [redurl=5]. Çörəkotunun mətbəxlərd

Ud hindi faydaları

Şəfalı bitkilərdən biri olan ud hindi daha çox Çində mövcuddur. Ud hindinin faydaları və zərərləri barədə ətraflı olaraq məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz. məlumat verir ki, hər mövsümdə yarpaqlarını tapmaq mümkündür

Günəbaxan tumunu necə yeməli?

Bir sıra insanlar günəbaxan tumlarını duzlu formada yeməyi sevsələr də, bir qism duzsuz yeməyə üstünlük verirlər. Bəs günəbaxan tumunun faydası nədir?. Əhvalı yaxşılaşdırır - psixoemosional fonu yaxşılaşdırır, stresin fəsad­­ların

Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydaları

Kartof, insanlar tərəfindən çox sevilən və bol miqdarda istifadə edilən tərəvəzdir. Yetişmə baxımından asan və qida dəyərləri cəhətdən zəngin tərkibi ilə seçilir və bir çox fərqli üsulda istifadə edilir. Tərkibindəki vitaminlər

Qarağat yarpaqlarının faydaları nələrdir?

Qarağat insan orqanizmi üçün faydalı olan giləmeyvə hesab edilir. Qara qarağatın özü kimi, yarpaqlari da çox faydalıdır. Bəs qara qarağat yarpaqlarının faydaları nələrdir?. təqdim edir:. İmmun sisteminin zəifləməsini arada

Balqabaq tumu yağının möcüzəvi faydaları

A, B, E vitamini mövcud olan, omeqa 3, 6, potassium, dəmir, fosfor və maqnezium kimi minerallar baxımından olduqca zəngin olan balqabaq tumu yağı içərisindəki bütün bu maddələr sayəsində insan orqanizmi üçün olduqca faydalıdır

Gül kələminin faydaları nələrdir?

Dadı ilə seçilən gül kələminin bir çox faydaları mövcuddur. Həm yeməklərdə həm də qızartmalarda istifadə edilir. Faydaları nələrdir?. təqdim edir:. Vücudu toksinlərdən təmizləyir – Vücudun hazırda mövcud olan toksin atm

Qış meyvələrindən necə və nə üçün istifadə edilməlidir?

Qış meyvələri, soyuq aylarda sağlamlığınızı qorumaq üçün vacibdir. Bu mövsümdə bolca mövcud olan portağal, naringi, alma kimi meyvələr, yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir. xəbər verir ki, nar v


hamilelik testi tecili tibbi yardim mede agrisi dis agrisi