Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiyaların əlamətləri və müalicəsiVaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır.
Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındakı nahiyədə meydana gəlir.

Vaginit: Bütün vaginal infeksiyalara verilən ümumi addır. Vaginit, əgər bakterial bir vaginal infeksiyadan qaynaqlanırsa buna vaginozis deyilir və qoxulu axıntı bu narahatçılığın əsas əlamətidir.

Göbələk mənşəli bir vaginal infeksiyadan qaynaqlanırsa vaginal göbələk infeksiyası adlanır, süd rəngində axıntı bunun əlamətidir. "Trichomonas vaginalis" adlı problemdən qaynaqlanırsa Trikomanas infeksiyası adlanır, yaşılımtıl və köpüklü axıntılar, bu nahiyədə yanmalar bu infeksiyanın əlamətləri ola bilir.
Vaginal infeksiyaların əlamətləri və müalicəsiBakterial Vaginozis: Bu forma vagina içərisində xəstəliyə səbəb olan bir növ bakteriyanın həddindən artıq çoxalması nəticəsində meydana çıxır. Əlamətləri qatı, ağır qoxulu, ağ, sarı, bulanıq axıntının görülməsidir. Anormal axıntının qoxusu xüsusilə cinsi münasibət əsnasında və menstruasiya zamanında artır. Xəstəlik ağız ya da vaginal yoldan qəbul edilən antibiotiklərlə müalicə edilməyə çalışılır.

Vaginal göbələk infeksiyası: Genital floranın pozulması nəticəsində bəzi göbələk növlərinin çoxalaraq səbəb olduğu vaginal infeksiya növüdür. Xüsusilə vücud dirəncinin düşdüyü ya da vaginal bölgədəki yararlı bakteriyaların azaldığı zamanlarda ortaya çıxarlar. Qaşındırıcı, bəyaz, qatı, narahatedici axıntı ilə özlərini göstərirlər. Xarici genital orqanlarda da ağrı, şişlik, qızarıqlıq yarada bilər. Vaginal ya da ağız yolu ilə tətbiq olunan göbələk dərmanları ilə müalicə edilir.

Vaginal Trikomanas: Cinsi yolla yoluxan mikro-orqanizmin səbəb olduğu vaginal infeksiyalardan biridir. Bol miqdarda, yaşıla çalan, narahatedici axıntı ilə özünü göstərir. Vagina və xarici genital orqanlarda yanma və qaşıntılara yol açır. Bu problem antibiotiklərlə müalicə edilməyə başlanılır. Cinsi yolla yoluxan bir xəstəlik olduğu üçün müalicəyə həyat yoldaşının da qatılması xəstəliyin təkrar etməməsi cəhətdən vacibdir.

Servikal infeksiyalar: Servisit, serviks də adlandırılan uşaqlıq ağzı nahiyəsində meydana gələn infeksiyaların ümumiləşdirilmiş adıdır. Vaginal infeksiyalara səbəb olan faktorlardan qaynaqlana bildiyi kimi cinsi yolla yoluxan xəstəliklərə səbəb olan mikro orqanizmlərdən də qaynaqlana bilər. Ehtimalı yüksəldən səbəblərdən biri Gonore (bel soyuqlaması) və Klamidya cinsi yolla yoluxan xəstəliklər ilə vaginal infeksiyanın bu nahiyəni yoluxdurmasıdır. Əlamətləri, vaginal infeksiyalara bənzər şəkildədir. Axıntılar ilə qaşıntı, bel ağrıları ola bilər.

Pelvik inflamatuar xəstəlik: Rəhm, fallopiya borularında, yumurtalıqlarda yaranan iltihabı xəstəlikdir. Bu xəstəliyə cinsi yolla keçən gomore və ya klamidya kimi mikro orqanizmlər səbəb olur. Müalicə edilmədiyi təqdirdə sonsuzluq daxil bir çox problemə səbəb ola bilər. Bəzən şiddətli əlamətlər verməklə yanaşı bəzən də heç bir əlamət müşahidə edilməyə bilər.
Xəstəliyin başlıca əlamətləri bunlardır:

Vaginal infeksiyaların əlamətləri və müalicəsiAnormal vaginal axıntılar

Qarnın alt və sağ üst qismində ağrı

Menstruasiya qanaxmaları

Qızdırma, halsızlıq, bulantı və qusma

Ağrılı sidiyə getmək

Ağrılı cinsi münasibət

Diaqnozu çətin qoyulan narahatçılıqdır.

Diaqnoz üçün qan analizləri və rəhm ağzından yaxma alına bilər. USM də diaqnozun təsdiqlənməsində kömək edir. Müalicə antibiotiklərlə aparılır. Bu kifayət etməsə cərrahi müdaxiləyə ehtiyac ola bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 555   Tarix: 16 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

Qida zəhərlənməsi

Qida zəhərlənməsi əlamətləri, həzm sisteminə təsir göstərən narahatçılıqları əhatə edir. Qida zəhərlənməsi nədir? Qida zeherlenmesinin səbəbi varmı?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər veri

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur


babasil mualicesi dis agrisi boyrek agrisi mede agrisi