Qarından qurultu səsləri nə üçün gəlir?

Qarından qurultu səsləri nə üçün gəlir?Mütəxəssislər qarın quruldamalarının olduqca normal bir hadisə olduğunu və bu vəziyyətin yaşandığı zaman narahatçılığa ehtiyac olmadığını dilə gətirirlər. Uzunmüddət bu səslər davam edərsə bu halda hansısa xəstəliyin xəbərçisi ola bilər.

Bəs qarın quruldamaları nə üçün ola bilər?

Səbəb olan faktor, qarında deyil, əslində mədədə baş verir.
El arasında adətən aclıq hissindən qaynaqlandığı deyilir. Bu ən sadə səbəblərdəndir.
Əgər tox olan zaman bu vəziyyəti yaşayırsınızsa bağırsaqlarınızla bağlı az da olsa problem vardır deyə düşünə bilərsiniz.
Gərgin və yuxusuz anlarda da mədəniz reaksiya göstərir və səslər çıxara bilər.
Yediyiniz qidaların və içdiyiniz içkilərin də təsirini unutmamaq lazımdır.
Karbonhidrat yüksəlməsi baş verdiyi zaman bu hal daha çox yaşanır.
Mədəniz ilə həzm sistemi arasındakı bir reaksiyadan yaranan qarın quruldamaları, mədənizə qida daxil olduğu vəziyyətlərdə hiss edilir.
Mədəyə gələn qidalar mədə şirəsi ilə qarışakən, metabalizma fəaliyyətinin nəticəsində səslər yaranacaq.
Qarından qurultu səsləri nə üçün gəlir?Həzm sistemindəki hava, bağırsaqlardakı hava ilə qarışdığı zaman mədədə partlayış tipli səslər çıxa bilər. Bu vəziyyəti şəxs, qarın quruldaması olaraq hiss edir. Ac olan zaman eşidəcəyiniz bu səslər, tox mədədə az hiss edilir.
Pəhriz zamanı da bu vəziyyət hiss edilə bilər.
Sürətli yeyilən qidalar zamanı quruldamalar yarana bilər.

Asitli içkilər mədəni zədələyərək səslərin yaranmasına yol açır.

Siqaret və spirtli içkilərin istifadəsi bu vəziyyətin yaranmasının səbəblərindəndir.

Bundan başqa menstruasiya zamanı da bu quruldamalar yarana bilər.

Süd və süd məhsullarına həssaslığı olan vücudun buna reaksiyası nəticəsində səslər çıxa bilər.

Qarın quruldaması qasıq ağrısı, xüsusilə göbəyin alt qismində ağrı ilə özünü göstərirsə bağırsaqlarla əlaqəli ola bilər.

Qarın quruldamasının qarşısı necə alınır?
Qarından qurultu səsləri nə üçün gəlir?İlk olaraq qida rasionunuzda dəyişiklik edə bilərsiniz.

Asitli içkiləri menyünüzdən çıxarın. Asitli və qazlı içkilər mədəni genişləndirərək daha çox hava almasına səbəb olur. Bu zaman da quruldamalar yaranır.
Yemək yemə vərdişiniz olmalıdır. Yaxşı formada çeynəyin. Az çeynənilən zaman bu mədəni yoracaqdır.

Yeməklərdən sonra mədənizi dincəldin. Dərhal çay, kofe içməyin. Yeməkdən sonra bitki çayı içə bilərsiniz. Bu mədənizi rahatlaşdıracaq.

Həyatınıza hərəkət qatın. Az hərəkət zamanı mədə yorulur. İdmanla məşğul olan insanların metobalizma sitemi daha sürətli çalışır.

Stresə səbəb olacaq hər növ faktoru həyatınızdan uzaq tutun. Aparılan araşdırmalara görə, mədə xəstəliklərinin təməlində stress vardır.

Xalq təbabəti üsulları ilə mədəni rahatlaşdırmaq olarmı?
Qarından qurultu səsləri nə üçün gəlir?Yaşıl çay – Səhər yeməyi zamanı içilərsə gün ərzində mədə rahat olacaq.

İlıq limonlu su – Həzm fəaliyyətinizin daha sürətli və rahat keçməsi üçün gün ərzində ilıq və limonlu su istifadə edə bilərsiniz. Mədədə asitlənmə yaranmasının qarşısını alacaq.

Zəncəfil çayı da mədə narahatçılıqların aradan qaldırılması üçün faydalıdır.

Əgər bunların faydası yoxdursa və ağrılar, səslər davam edirsə qastreontoloqa müraciət etməlisiniz.

Sağlamlıq Xəbərləri     Baxılıb: 340   Tarix: 22 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Varikoz: Səbəb və müalicə

Varikoz damar genişlənməsidir. Bu problem qadınlarda daha çox müşahidə edilir. Ayaqlarda qabarmış yaşıl damarların mövcudluğu ilə xarakterizə edilən problemdir. xəbər verir ki, 25-30 % qadınlarda, 15-20 % isə kişilərdə rastlanılır

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Gənə dişləməsi

Gənə dişləməsi, insanlar və heyvanlar üzərində ciddi sağlamlıq problemlərinə səbəb ola bilən vacib sağlamlıq problemidir. xəbər verir ki, gənə dişləmələrində adətən qızarıqlıq, qabarıqlıq və qaşıntı kimi əlamətlər görülür

Yeniyetmələr arasında yayılan xəstəliklər

Ürək patologiyaları geniş yayılan problemlər sırasında yer alır. Bəzi xəstəliklər yeniyetməlikdə üzə çıxsa da bəzilərində anadangəlmə olur. Bir çox xəstəlik simptomsuz inkişaf edir. Bes yeniyetmelerde daha hansi narahatliqla


dis agrisi babasil mualicesi boyrek agrisi tecili yardim