Zəhərlənmə əlamətləri... İlk yardım necə edilməli?

Zəhərlənmə əlamətləri... İlk yardım necə edilməli?Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. Mədə bulantısı və qusma, zəhərlənmənin ən yayğın əlamətləridir.

Zəhərlənmə nədir?

Zəhərlənmə, maddələr mübadiləsinin vərdiş etmədiyi, sağlamlığa zərərli maddənin vücuda daxil olaraq zədələnmələrə səbəb olması kimi bilinir. Vücudun sağlam formada fəaliyyətinə maneə olan maddələrə qarşı orqanizmin verdiyi reaksiyadır.

Zəhərli maddələr, vücudda müxtəlif problemlərə yol açır. Bu zaman isə vücud həmin maddələri xaricə atmaq istəyir. Bu isə özünü qusma, nəfəs darlığı, ishal kimi əlamətlərlə üzə çıxır.
Ölümlə nəticələnə biləcək növlərdən biri dərman zəhərlənməsidir. Xüsusilə də uşaqların bilmədən dərmanı şirniyyat əvəzi qəbul etməsi geri dönüşü olmayan problemlərə yol aça bilər. Xəstə dərhal şüurunu itirə və ölə bilər. Bundan əlavə qusma, qarın ağrısı, tənəffüs darlığı formasında da üzə çıxa bilər. Ancaq erkən bilinən zaman xəstənin həyatını xilas etmək mümkün ola bilər.

Zəhərlənmə əlamətləri... İlk yardım necə edilməli?Əlamətləri nələrdir?

Zəhərli maddələr həyati təhlükə yara bilər. Zəhərlənmələrin qaynağını, nədən baş verdiyini bilmək çox vacibdir. Həzm yolu vasitəsilə baş verən zəhərlənmələr adətən özünü bulantı, qusma, qarın ağrısı və ishal formasında göstərir. Toksik maddələrin qəbulu ilə yaranan zəhərlənmələrdə nəfəs darlığı, baş gicəllənməsi, dəri qızarıqlığı, göyərmə kimi simptomlar baş verə bilər. Dəri yolu ilə baş verən zəhərlənmələr adətən qızarma, hissin itkisi kimi əlamətlərlə özünü biruzə verir.

Zəhərlənmələrin yol açdığı əlamətlərin biri və ya bir neçəsi eyni anda görülə bilər. Bunun üçün vaxt keçmədən təcili yardıma müraciət edilməlidir.
Qida zəhərlənməsi həzm sisteminə təsir göstərən vəziyyətdir. Bu səbəblə qida zəhərlənməsi nəticəsində görülən qusma, ishal həzm sistemi yoluyla zəhərlənmələrin ən vacib əlamətləridir.

İlk yardım necə edilməli?

Zəhərlənmə zamanı ilk yardım olduqca vacibdir. İlk yardım zəhərlənmə növündən asılı olaraq edilir. Şüur itkisi, tənəffüs çatışmazlığı, qanlı ishal kimi vəziyyətlərdə zəhərlənən şəxs vaxt keçmədən xəstənaya aparılmalıdır.

Xəstəni qusdurmaq və ishal etdirən dərmanların istifadəsi qida zəhərlənmələrində ən çox istifadə edilən ilk yardım üsullardandır. Tənəffüs yoluyla zəhərlənmələrdə isə zəhərlənən şəxsin nəfəs alıb-verməsi nəzarətdə saxlanılır.

Dəriyə zəhərli maddənin təmas etməsindən qaynaqlanan dəri yolu zəhərlənmələrdə, həmin nahiyə bol su ilə yuyulmalıdır.
Zəhərlənmə əlamətləri hər şəxsdə fərqli formada baş verə bilər. İlk olaraq qəbul edilən qidanın həzm olunması vacibdir. Bundan sonra ən gec 3-4 saat ərzində həzm prosesi baş verir. Zəhərlənmə isə 5-6 saat ərzində ortaya çıxır. Bəzi vəziyyətlərdə isə zəhərlənmə əlamətləri ertəsi gün yaşana bilər.
Ancaq kimyəvi maddələrə məruz qalma halında isə əlamətlər 30-60 dəqiqə ərzində ortaya çıxacaqdır. Çünki bu, tənəffüs yolu ilə baş verən zəhərlənmə növüdür.

Zəhərlənmə əlamətləri... İlk yardım necə edilməli?Hamiləlikdə zəhərlənmə

Əgər vücudda normal olmayan şişlik müşahidə edirsinizsə, nəfəs darlığı, hərəkət etmədə çətinlik yaradan sancılar, yüksək təzyiq varsa bu zəhərlənmə əlaməti ola bilər. Ana və uşaq üçün böyük zərərləri olan bu növ zəhərlənmələrin müalicəsində ananın doğum etməsi tövsiyə edilir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 562   Tarix: 05 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?

Vücud sağlamlığı cəhətdən böyük əhəmiyyət kəsb edən vitaminlər, əksildiyi zaman həyati risk daşıyan vəziyyətlərə səbəb ola bilər. Vitaminlər adətən çox əksilmədikcə hansısa problemi yaratmaz. Vitamin əksikliyini təbii yollarl

Karbon pilinq nədir?

Karbon pilinq ilə dəri yeniləmə texnikası, ilk dəfə 1997-ci ildə Qoldberq tərəfindən tanınıb. xəbər verir ki, aparılan araşdırmalarda, karbon pilinq müalicəsinin bir pilinq təsir bağışladığı, dəri səthini və tıxanmış məsamələr

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd


qarin agrisi sekis boyrek agrisi bogaz agrisi