Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatmaq üçün ehtiyac duyduğu oksigendən kasıb qalması nəticəsində meydana gələn oksigen çatışmazlığıdır.

Siyanoz barədə daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, uzun müddət soyuq havaya məruz qalmaqla birlikdə ağciyər, ürək, qan problemləri kimi səbəblərə bağlı olaraq inkişaf edən siyanoz, vücudda maviyə bənzər rəng meydana gətirir. Bəzən ciddi təhlükə yaratmayan siyanoz, altında yatan səbəbə bağlı olaraq tibbi müalicə gərəkdirir. Siyanozun yaranmasının əsas səbəbi oksigen çatışmazlığı olduğu üçün adətən tətbiq olunan ilk müalicə üsulu oksigen elavesidir.

Göyərmə olaraq da bilinən siyanoz, qanda kifayət qədər oksigenin mövcud olmaması və ya qan damarlarının soyuğa məruz qalması nəticəsində təməl olaraq qandakı oksigen çatışmazlığı səbəbiylə meydana gəlir. Bununla birlikdə ürək problemləri və tənəffüs sıxıntıları kimi sebebler siyanoza yol açır və vücudun bəzi bölmələri bu rəngə çevrilir.

Ümumi olaraq səbəblərini təqdim edirik:

Uzun müddət soyuğa məruz qalmaq

KOAH

Ağciyər iltihablanması

Astma və bronxit

Urek catismazligi

Boğulma

Yaşanan krizler

Həddindən çox dərman istifadəsi

Siyanozun elametleri nelerdir?

Rəng dəyişimi

Vücud istiliyinin azalması

Qol və ayaqlarda uyuşma

Öskürək

Xırıltı

Nəfəs darlığı

Yorğunluq, zəiflik

Baş ağrısı

Siyanozun müalicəsi necə aparılır?
Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?İlk üsul oksigen müalicəsidir. Bu müalicəylə birlikdə qandakı oksigen səviyyəsinin artırılması məqsəddir.

Oksigen müalicəsiylə birlikdə siyanoz simptomlarını azaltmaq üçün tətbiq olunan müalicə üsulları bu formadadır:

İstilik və massaj – Bu üsullar seçilən uyğun müalicə növüdür.

Antibiotiklər – Astma, bronxit kimi infeksiyaları müalicə etmək üçün istifadə edilir.

Digər dərmanlar – Həkim tərəfindən ürək və agciyer narahatçılıqlarını müalicə etmək üçün bəzi dərmanlar təyin edilə bilər.

Bəzi dərmanların kəsilməsi – Həkiminiz tərəfindən bəzi dərmanların qəbulunu kəsməyiniz tövsiyə edilə bilər.

Tənəffüs cihazları – Astma və ya KOAH qaynaqlı bir siyanoz meydana gəldiyində ciyərlərinizin daha yaxşı çalışmasına kömək olmaq üçün tövsiyə edilə bilər.

Siyanoz kimlərdə görülür?

Qanda oksigen çatışmazlığı, doğuşdan ürək xəstəlikləri, KOAH, astma və bronxit kimi problemləri olan şəxslərdə siyanozun görülmə riski yüksəkdir. Bunun xaricində heç bir xəstəliyi olmayan insanlarda da siyanoz görülə bilir.

Siyanoz və göyərməyə nə yaxşı təsir göstərir?

Təməl olaraq qandakı oksigen əksikliyi səbəbiylə meydana gələnə siyanoz üçün oksigen müalicəsi ilk addım olaraq tətbiq edir. Oksigen müalicəsi xaricində bəzi dərmanlar da siyanoz və göyərməyə yaxşı təsir göstərə bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 629   Tarix: 25 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Sınıq qəlb sindromu nədir?

Sınıq qəlb sindromu ayrılıq, zəlzələ, boşanma kimi böyük travmalar sonrasında meydana çıxa bilər. xəbər verir ki, adətən keçici bir xəstəlikdir. Bəzən isə həyati təhdid yarada bilər. Ani sinə ağrısı əlamətlərilə ortaya çıxmağ

Öd yolu xərçəngi nədir?

Öd yolunun ən çox görülən xəstəliklərindən biri öd kisəsi daşları, digəri isə şişlərdir. Öd yolu xərçəngi həzm sistemində inkişaf edən xərçənglər arasında 5-ci yerdədir. Vücud öd kisəsi funksiyasını yerinə gətirmədiyi zama

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Miopatiya, əzələ xəstəliyi nədir?

Miopatiya əzələlərə təsir göstərən xəstəlikdir. Adətən əzələ zəifliyi, sərtlik kimi əlamətlərlə özünü göstərir. Miopatiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Miopatiya ne ucun olur?. xəbər veri

Göz miqreni nədir?

Gözə vuran miqren, auralı miqren, oftalmolojik miqren olaraq bilinən və şiddətli göz ağrıs ilə ortaya çıxan göz miqreni xəstədə çox sayda şikayətə yol aça bilir. Göz miqreni və səbəbləri barədə daha ətraflı məlumat üçün məqalən

Xəyal qurma xəstəliyi nədir?

Xəyal qurma xəstəliyi, şəxsin uzun müddət xəyal qurmaq üçün zaman xərcləməsi və xəyal dünyasında gəzinməsidir. Adətən zehni sağlamlıq problemləri olan şəxslərdə görülən bu vəziyyət şəxsin ruhi vəziyyətindan qaynaqlanır. Xəya

Distoni xəstəliyi nədir?

Distoni problemi nədir?. Səbəb və əlamətləri barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Distoni, əzələlərin gərginləşdiyi, təkrarlayan bir hərəkət pozuntusu olaraq bilinir. Xüsusilə Parkinson kimi xəstəliklərdə

İşığa həssaslıq, Fotofobiya nədir?

Fotofobiya nədir? Necə narahat edir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxumağınız tövsiyə edilir. Fotofobiya və ya işığa həssaslıq, adətən işığa qarşı hədsiz həssaslığı ifadə edən bir termindir. xəbər verir ki


sekis qarin agrisi cinsi xestelikler tecili tibbi yardim