Altıncı xəstəlik nədir?

Altıncı xəstəlik nədir?Kiçik uşaqlarda virus qaynaqlı yoluxucu xəstəliklər mühüm problemlərin başında gəlir. Bunların ən çox görüləni altıncı xəstəlikdir. Yüksək qızdırma ilə baş verən altıncı xəstəlik, kiçik uşaqlarda problemlərə yol aça bilər.

Xalq arasında altıncı xəstəlik olaraq bilinən "roseola infantum", bədənin müxtəlif nahiyələrində, daha çox dodaq və genital hissədə uçuq meydana gətirməsi ilə bilinən herpes ailəsindən gələn HHV-6 və HHV-7 viruslarının səbəb olduğu xəstəlikdir. Altıncı xəstəlik əksər zaman 6 ay ilə 2 yaş arasında uşaqlara təsir göstərir. Bir neçə gün yüksək qızdırma ilə seyr edən, qızdırma düşəndən sonra vücudda səpkilərlə davam edir.

Altıncı xəstəliyin əlamətləri nələrdir?
Altıncı xəstəlik nədir?Altıncı xəstəlik, yüngül üst tənəffüs yolu infeksiyası yüksək qızdırma ilə baş verir. Bu, altıncı xəstəliyin ən əsas əlamətidir. Qızdırma 4 ilə 7 gün arasında davam edir, bu müddətdə halsızlıq, iştahsızlıq, yorğunluq kimi hallar baş verir. Xəstəliyin davamında qızdırma birdən düşər və vücudda səpkilər yaranmağa başlayar. Qızdırma adətən 3-7 gün davam edir, bir neçə gün arasında solar və keçər.

Diaqnozu necə qoyulur?

Fiziki müayinə, tibbi keçmiş araşdırılır. Gərək duyularsa qan analizləri aparılır.

Müalicəsi

Xüsusi müalicə növü yoxdur. Qızdırmanın düşməsi üçün ibuprofen, parasetamol tərkibli dərmanlar istifadə edilir. Çoxlu maye qəbul etməsi təmin edilir. Meyvə və tərəvəz çoxlu yeyilməlidir.

Altıncı xəstəlik yoluxucudur?

Yoluxucudur, ancaq koronavirus, qızılca kimi böyük problemlərə yol açmaz. Hava-damcı yolu ilə yoluxur. Asqıran, öskürən zaman mikrobların ətrafa saçılması nəticəsində yoluxma baş tutur. Nadirən də olsa böyüklərdə də görülmək ehtimalı vardır. Bu vəziyyət adətən böyüklərin bu xəstəliyi keçirmiş və immuniteti qazanmış olması ilə əlaqədardır.
Altıncı xəstəlik nədir?Belə xəstələrə duş etdirmək olarmı?

Bahar aylarında daha çox görülən altıncı xəstəliyin müddəti 3-7 gündür. Bol maye qəbulu və dincəlməklə yanaşı uşağa ilıq su ilə duş qəbulu etdirilə bilər.

Altıncı xəstəliyin yoluxuculuğu neçə gün davam edir?

Digər viruslarda olduğu kimi altıncı xəstəlikdə də yoluxuculuq, öskürmə, danışmaq, asqırmaq yolu ilə, yəni kiçik maye damlacıqlarla gerçəkləşir. Bu xəstəlik üçün yoluxuculuq müddəti 14 gündür. Bu zaman müddətində, virus daşıyıcısı olan uşağın infeksiyanı başqasına rahatlıqla yoluxdura bilər.

Uşaq xəstəlikləri     Baxılıb: 325   Tarix: 11 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Müalicə edilməyən sarılıq beyinə zərər verir

Uzun müddət gözləntinin ardından uşağınızı qucağınıza almağın xoşbəxtliyi heç nə ilə ölçülə bilməz. Ancaq bəzi xəstəliklər, bu xoşbəxtliyə kölgə sala bilər. Xüsusilə də uşaqda görülən, bəzən bəsit görünən sarılıq belə ağı

Uşağınızın tez-tez xəstələnməyinin səbəbi

Mütəmadi xəstələnən, öskürək krizləri yaşayan və oynayan zaman nəfəssiz qalan uşaqların bu narahatçılıqları allergik orqanizmdən qaynaqla bilir. xəbər verir ki, geniz ətinin səbəb olduğu problemlere bənzər əlamətlər verə

Ağır məktəb formaları problemlər yaradır - Mütəxəssislərdən xəbərdarlıq

Son zamanlar məktəbli şagirdlərin götürdükləri ağır çantalar bir sıra sağlamlıq problemlərinə yol açır. Ağır çanta çiyin və bel ağrısına səbəb olur. Məktəb çantalarının yanlış istifadəsi nəticəsində müxtəlif problemləri

Uşağınızda bu hərəkətlər varsa...Vacib problemi ola bilər

Məktəb uşaqlar və valideynlər üçün güvənilir, təhsillərinin yüksək səviyyədə aldığı məkandır. Buna səbəb isə burada nəzarətin güclü olmasıdır. Ancaq unutmaq lazım deyil ki, uşaqların özünəməxsus dünyası var və sizə güvənili

Südünüz körpəni doydururmu? - Öyrənməyin yolları

Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. Bir çox qadınlar isə övladı üçün belə qidaların doydurucu olduğunu zənn edirlər. xəbər verir ki, mütəxəssislər isə ana südünün bütün qidalardan üstün olduğunu v

Göz tənbəlliyi nədir və kimlərdə olur?

Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü

Körpələrdə dayanmayan ağlamaq - Kolik problemi nədir?

Sağlam uşaqlarda sıx aralıqlarla, uzun müddətli və çox görülən ağlama və ya narahatçılıq vəziyyətinə kolik adı verilir. Valideynlər üçün bu dövr xüsusilə sıxıntılı və çətin bir haldır. Kolik körpələrdə krizlər adətən 6-c

Uşaqlarda sümük kistaları

Uşaqlarda daha çox çiyin nahiyəsində görülən sümük kistləri bəzən heç bir əlamət verməsə də bəzən ağrı ilə özünü biruz verir. xəbər verir ki, sümüklərdə qırıqlara səbəb ola bilən kistlər nadir də olsa uşaqlarda qısalığa bel

Uşaqlarda dərman allergiyası

Müalicə məqsədi ilə istifadə edilən dərmanlarda bəzən gözlənilmədik təsirlər meydana çıxa bilər. xəbər verir ki, səbəbi tam olaraq bilinməsə də hər kəsdə eyni təsiri göstərməyə bilər. Bir çox dərmanda dərman allergiyasını


hamilelik testi babasil mualicesi tecili tibbi yardim dis agrisi