Böyrək ağrısının evdə müalicəsi

Böyrək ağrısının evdə müalicəsiBöyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik.

Doktorinfo.az xəbər verir ki, böyrək ağrısı hər zaman ciddi səbəbdən qaynaqlanmaya bilər. Bu soyuqlama və ya keçirilən infeksiyanın əks təsiri olaraq da özünü göstərə bilər.

Bes bu nov boyrek agrilarinin evde mualicesini nece etmeliyik?

İlk olaraq çalışılmalıdır ki, böyrək sağlam qalsın. Bu istiqamətdə bəzi qidalar qəbul edilməlidir.

Böyrəklər üçün meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri faydalıdır. Gün ərzində 2 litr maye ehtiyacınızı ödəməlisiniz. Bu zaman böyrəklərin fəaliyyəti pozulmamış olur.

Soyuq hava, nəmlilik böyrəklər üçün əks göstərişdir.

Bəs hansı bitkilər faydalıdır?

İtburnu dəmləməsi – Bunun üçün itburnu meyvelerini əzin. 1 xörək qaşığı itburnunun üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. Gün ərzində 3-4 dəfə için. Müalicə kursunu 1 həftə davam etdirin. Daha sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsinə davam edin.

Dəfnə yarpağı sidikqovucudur. 3-4 defne yarpağı üzərinə 1 stəkan qaynar su əlavə edib dəmlənməyi üçün gözləyin. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə davam edin.

Böyrək ağrısının evdə müalicəsiQarğıdalı saçağı böyrəyin əsas dərmanıdır desək yanılmarıq. Bunun üçün müəyyən qədər saçaqdan götürüb qaynar suda dəmləyin. Gün ərzində 3-4 dəfə qəbul edin.

Bu zaman təzyiqinizə diqqət edin. Saçaq və itburnu təzyiqinizi aşağı sala bilər. Bu səbəbdən ehtiyyatla çox olmadan içmək gərəklidir.

Quru nanə, ayıqulağı yarpağı, çobanyastığı, hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 litr qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.

Gicitkan dəmləməsi də ağrılarınızı müalicə edəcəkdir. Gicitkan həm də təbii sidikqovucudur. Sidik yollarınızdakı infeksiyanı aradan qaldırmağa kömək edəcəkdir. Gicitkanı bitki çayı kimi istifadə edərək, bitki mənşəli yollarla böyrək sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

Xalq Təbabəti     Baxılıb: 367   Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bəd-nəzərdən qoruduğuna inandığımız üzərliyin digər faydaları nələrdir?

Üzərlik ta qədim zamandan bəd-nəzəri dəf etmək üçün istifadə edilir. Ancaq aparılan araşdırmalar üzərliyin daha bir çox faydasını üzə çıxarıblar. Bəs üzərliyin hansı faydaları mövcuddur?. xəbər verir ki, üzərliyi yandırmaqda

Qaz sancılarının təbii müalicəsi

Qaz sancısı, vücudda toplanmış olan qazın səbəb olduğu ağrılı vəziyyətdir. Adətən qarın nahiyəsində hiss edilir. qaz sancısının geniş yayılmış səbəblərini təqdim edir:. Hava udma – Sürətli yemək yemək, ağızdan hava udma v

Ayaq ağrısı üçün maz - Reseptlər

Ayaq agrilari bir çox insanın ortaq problemidir. Səbəbi isə müxtəlifdir. məlumat verir ki, fiziki gərginlikdən qaynaqlanan ayaq ağrıları daha çoxdur. Bu səbəbdən ayaq ağrıları zamanı həkimə müraciət etmək vacibdir. Müalicələrd

Böyrək ağrısının evdə müalicəsi

Böyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, böyrək ağrısı hər zaman cidd

Brokolinin beyin xərçəngi üzərindəki effekti

Xərçəng xəstəliyi üzərində effektli qidaların araşdırılması neçə ildir aparılır. xəbər verir ki, son aparılan araşdırmalar brokolinin effektiv təsirini aşkar ediblər. Belə ki, xərçəng xəstəliyinin ən ağır formasını yaşaya

Dərdinizin dərmanı bu bitkidədir

Zəfəran dünyanın bahalı ədviyyatlarından hesab edilir. Bahalı olduğu qədər də insan orqanizminə olduqca faydalıdır. Belə ki, zəfəran psixoloji problemlərdən immun sisteminə qədər yaranan bir çox xəstəliklərin müalicəsind

Öskürək, boğaz ağrısı... Naringi qabıqlarının möcüzəvi təsiri nədir?

Qış mövsümü bir çox xəstəliklərin kəskinləşdiyi dövrdür. Xüsusilə də öskürək, burun axıntısı, baş ağrısı kimi əlamətlər daha uzun və şiddətli davam edir. Bu zaman tibbi müdaxilə ilə yanaşı xalq təbabəti də xüsusi əhəmiyyə

Yüksək təzyiqinizi bu içkilərlə aşağı salın

Təzyiq bir çox insanın ortaq problemidir. Təzyiq xroniki xəstəlik və ya yeyilən qidaların, ətraf faktorların təsiri ilə dəyişiklik göstərə bilər. ev şəraitində yüksək təzyiqi aşağı salmağa kömək edən vasitəni təqdim edir:

Yasəmən yağının faydaları

Gözəl qoxusu və özünə xas görüntüsü ilə seçilən yasəmən yağının bilmədiyimiz bir çox faydaları var. Yasəmən yağının faydaları nələrdir?. təqdim edir:. Vücuda müxtəlif tesirleri mövcuddur. Yasəmən yağı astiseptik və antibaktria


cinsi xestelikler sekis hamilelik testi tecili yardim