Xurmanın faydaları və zərərləri

Xurmanın faydaları və zərərləriXurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir.

Quru ya da təzə meyvə olaraq istifadə edilir. Qurudularaq da istifadə edilən xurmanın quruduqdan sonra qida dəyəri artır. Yüksək miqdarda lif tərkibli xurma şirin dada sahibdir. Dəmir tərkibi yüksək olduğu üçün qansızlıqla mübarizədə önəmli rol oynayır.

İçərisindəki vitamin və minerallar sayəsində ürək və ağciyərə faydalıdır.

Orta böyüklükdə xurmanın qida dəyəri:

Kalori: 25

Yağ: 0,4 gram (g)

Karbonhidrat: 5 g

Lif: 0,7 g

Şəkər: 4,5 g

Protein: 0,19 g

B-6 vitamini: 0,012 milliqram (mg)

Dəmir: 0,1 mg

Maqnezium: 4 mg

Potasium: 50 mg
Xurmanın faydaları və zərərləriXurmanın sağlamlığa faydaları nələrdir?

Kalsium, dəmir, fosfor, potasium, sink tərkiblidir. Şəkərdən fərqli olaraq boş kalori yaratmadığı üçün şəkərin vücuda daha sağlam formada daxil olmasını təmin edir.
Həzm sistemini tənzimləyir. Yüksək lif quruluşuna sahib olan meyvə, qəbizlik kimi həzm sistemi problemlərinin qarşısını alır. Bağırsaq hərəkətlərini tənzimləyərək həzm sistemi funksiyasını dəstəkləyir.

Təbii dadlandırıcı xüsusiyyəti vardır. Tərkibindəki şəkər sayəsində təbii dadlandırıcı olaraq istifadə edilə bilər.

Vücudu xəstəliklərə qarşı qoruyur. Antioksidantdır. Hüceyrələri orqanizmi, zərərli reaksiyalara səbəb ola bilən və xəstəliyə yol aça bilən sərbəst radikallardan qoruyur. Eyni zamanda xurmanın tərkibində, xronik xəstəlik risklərinin qarşısını almağa kömək olan polifenoller və lignanlar mövcuddur.

Sümük sağlamlığını qoruyur və yaxşılaşdırır. Maqnezium, selenium qaynaqları cəhətdən zəngindir. Bu vitaminlər və minerallar, sümükləri sağlam və güclü edir. Həmçinin sümük sağlamlığı üçün gərəkli olan K vitamini ilə zəngindir.

Yaddaşı gücləndirir. Tərkibində yer alan B vitamini xüsusiyyəti ilə altsheymer xəstəliyinə qarşı qoruyucudur. Mütəmadi istifadə edildiyi zaman bu növ xəstəliklərə yoluxma ehtimalını azaldır.

Xurmanın zərərləri varmı?

Bəzi əks göstərişləri mövcuddur.

Diabet xəstələrinin diqqətlə istifadə etməkləri tövsiyə edilir. Kalori dəyəri səbəbiylə çəki problemi olan insanların çox istifadəsi tövsiyə edilmir.
Xurmanın faydaları və zərərləriƏks təsirləri bunlardır:

Bəzi şəxslərdə allergik təsirlər verə bilər

Gözlərdə qaşıntı, qızarıqlıq, sulanma və işığa qarşı həssaslıq

Nəfəs almaqda çətinlik

Dəri səpkiləri

Kökəlmək

Şişkinlik baş verə bilər.

Allergiya yaranarsa istifadəsi dərhal dayandırılmalı və mütəxəssisə müraciət edilməlidir.

Sağlam Qida     Baxılıb: 818   Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Artıq tullamağa ehtiyac yoxdur - Qatıq suyunun faydaları

Qatığın insan orqanizmi üçün bir çox faydaları mövcuddur. Əksər zaman isə qatığın üzərinə toplaşan artıq suları isə atırıq. Mütəxəssislər isə atılan suyun əslində olduqca faydalı olduğunu dilə gətirirlər. xəbər verir ki

Yüksək təzyiq üçün bu qidanı yeyin

Təzyiq xəstəliyi bir çox insanı narahat edir. xəbər verir ki, təzyiqdən əziyyət çəkənlər təzyiqlərini daima nəzarətdə saxlamalı və dərman qəbul etməlidirlər. Yüksək təzyiq barədə ətraflı məlumatı saytımızda bu haqda yazıla

Əjdaha meyvəsinin faydaları və zərərləri

Əjdaha meyvəsi (Hylocereus Undatus) kaktus ailəsinə məxsus və rəngli meyvə növüdür. xəbər verir ki, əjdaha meyvəsi fərqli rənglərə sahib qabığı və iç meyvəsi ilə diqqət çəkir. Son illərin məşhur meyvələrindən hesab edilir

Artıq duz istifadəsinin vücuddakı əlamətləri

Bəzi insanlar duzsuz süfrəyə oturmur. Ancaq duzun yeməyə qatdığı ləzzət qədər zərəri də bir o qədərdir. Bu, ən az şəkər qədər zərərlidir. xəbər verir ki, mütəxəssislər, insan vücudunun gündəlik duz ehtiyacının 6 qram olduğun

Tahının (küncüt yağı) faydaları nələrdir?

Qış aylarının gəlməsiylə birlikdə adını tez-tez eşitməyə başladığınız, vücudu xəstəliklərə qarşı qoruduğuna inanılan qarışımlardan biri tahın bəhməzidir. Bəs tahın (küncüt yağı) bəhməzinin faydaları nələrdir?. təqdim edir:

Yorğun düşən vücudu necə bərpa edək?

Gərgin iş rejimi, xəstəliklər, yanlış qidalanma və s. Bütün bu faktorlar vücudun yorğun düşməsinə gətirib çıxarır. Hətta bu ötəri və xroniki hal ala bilər. Bu səbəbdən zəif, yorğun düşən vücudun öz-özünə keçməsini gözləmə

Qarağat yarpaqlarının faydaları nələrdir?

Qarağat insan orqanizmi üçün faydalı olan giləmeyvə hesab edilir. Qara qarağatın özü kimi, yarpaqlari da çox faydalıdır. Bəs qara qarağat yarpaqlarının faydaları nələrdir?. təqdim edir:. İmmun sisteminin zəifləməsini arada

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Böyrək xəstələri necə qidalanmalıdırlar?

Böyrək xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Böyrək xəstələri qidalanmaqlarına da xüsusi diqqət göstərməlidirlər. Düzgün qida düzgün müalicə ilə birlikdə davam etdiyi zaman effekti olur. Tərkibində D vitamin


sekis qarin agrisi cinsi xestelikler tecili yardim