Göbələk yemək faydalıdır ya zərərli?

Göbələk yemək faydalıdır ya zərərli?Göbələk, təbiətdə çöllərdə, meşələrdə, qayalıq məkanlarda yetişə bilər. Göbələyin içərisində birdən çox vitamin vardır. Kalsium, potassium, fosfor və bakır mineralları da mövcuddur.

Dünyada bir milyondan çox fərqli göbələk növü vardır.

Göbələyin sağlamlığa faydaları nələrdir?

Doktorinfo.az məlumat verir ki, gobelek, mineral, lif və vitaminlə zəngindir. Həmçinin antioksidantdır. Az kalorili və tərkibində az yağ mövcuddur. Bu səbəbdən arıqlamaq zamanı olduqca effektlidir.

Həzm sisteminin qorunmasına kömək edir
Göbələk yemək faydalıdır ya zərərli?İmmunitet sistemini gücləndirir

Dəri sağlamlığını qoruyur, hüceyrələrin qocalmağına qarşı mubarize aparır

Xolesterini aşağı salır

Maddələr mübadiləsini sürətləndirir

Qan şəkərini və qan lipid səviyyələrini sürətləndirir

İnfeksiya, miktobik xəstəliklərə qarşı mübarizə aparır

Bədəni iltihaba qarşı qoruyur.

Göbələyin tərkibində hansı vitaminlər mövcuddur?
Göbələk yemək faydalıdır ya zərərli?Karbonhidrat mövcuddur, həzmi olduqca çətindir. Bu səbəbdən həzm olunması zaman alır. Suretli həzm edilə bilən qidaların sürətli reaksiya göstərdiyi aclıq hissi, göbələkdə əksinə olaraq yeyildiyi zaman yavaşlayır. Göbələyin içərisində zəngin miqdarda protein vardır. B qrupu vitaminləri cəhətdən olduqca zəngindir. Göbələyin içərisində olan B vitaminləri sinir sisteminin müntəzəm çalışmasına və dərinin sağlamlığının qorunmasına dəstək olur. Bunlarla yanaşı göbələkdə B12, B2, B3 vitaminləri vardır. Bu vitaminlər hüceyrə funksiyaları üçün əhəmiyyət kəsb edir. Tərkibindəki D vitamini sayəsində sümük sağlamlığına dəstək olur. Göbələyin içərisində zəngin minerallar da vardır. Potassium tərkibi sayəsində bədənin su nizamını təmin edir. Bu mineral əzələ və sinir sisteminin funksiyasının düzgün çalışması üçün önəmlidir. Maqnezium ilə birlikdə fosfor, sümük və diş quruluşuna dəstək olur. Selenium isə bədəndə sərbəst radikal yaranmasının qarşısını almağı təmin edir. Saçlar, dırnaqlar və dişlərin sağlamlığı üçün faydalıdır.

Göbələk necə istifadə edilməlidir?
Göbələk yemək faydalıdır ya zərərli?Allergik reaksiya və zəhərlənmə riski yüksək olan qidalardandır. Bununla birlikdə göbələklərdən mütəmadi istifadə etmə tövsiyə edilmir. Təbiətdə yetişən hər göbələk faydalı deyil. Həmçinin zəhərlənmə və allergik reaksiyalara yol aça bilər. Mədə bulantısı, qusma, ishal, qarın ağrısı kimi problemlərin də yaşanma riski yüksəkdir.
Faydalı olduğu qədər də zərərləri mövcuddur. Göbələk zəhərlənməsinin əlamətlərini təqdim edirik:

Bulantı

Qusma

İshal

Qarın ağrısı

Yüksək qızdırma

Həddindən çox tərləmə

Dəridə qırmızı ləkələr

Göbələyin faydalarını xarici həkim-diyetoloq Yelena Tixomirova da təsdiqləyib. Belə ki, o, tərkibi liflə zəngin olan göbələyin xüsusilə bağırsaq üçün effektiv tesire malik olduğun dilə gətirib. Göbələyin şampiyon növündən istifade bağırsağın peristaltikası üçün əhəmiyyətlidir.

İnsan vücudunda zərərli bakteriya olduğu kimi faydalı bakteriyalar da mövcuddur. Göbələk lif tərkibi ilə müsbət bağırsaq bakteriyaları üçün qida mənbəyi rolunu oynayır.

Arıqlamaq istəyən şəxslər də bu qidadan rahatlıqla istifadə edə bilərlər. Buna səbəb isə onda kalorinin olmamasıdır. Bütün kaloriliyi liflə təmsil olunduğu üçün pəhriz yeməklərində istifadə tövsiyə edilir. Bununla yanaşı tərkibində yağ və karbonhidrat yoxdur. Həzmi isə olduqca asan və rahatdır.

Qeyd edək ki, böyrək və qaraciyər narahatçılığı olanlar, üç yaşından kiçik uşaqlara göbələk yemək tövsiyə edilmir. Həddindən çox istifadə edildiyi zaman bir sıra xəstəliklərə yol aça bilər.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 411   Tarix: 28 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Üzümün möcüzəvi faydaları

Üzüm, A, B1, C, E vitamini, dəmir, kalsium, potasium, sodium, maqnezium, fosfor kimi minerallarla olduqca zəngindir. Bəs faydaları nələrdir?. Antioksidantdır. Bilinən bütün meyvələr içərisində ən güclü antioksidant hesa

Maqneziumun qəbulu nə üçün vacibdir?

Maqnezium, vücudun normal fəaliyyəti üçün olduqca vacib mineraldır. Vücut bu mineralı özü istehsal edə bilmədiyi üçün qidalar və ehtiyac olduqda əlavələr formasında qəbul edilməlidir. Enerjinin yaranması, qan təzyiqinin tənimlənməsi

Xəstəliklərin qənimi - İtburnu bəhməzinin faydaları nələrdir?

İtburnu bitkisi insan sağlamlığı üçün olduqca vacib və əhəmiyyətli bitkidir. Bu barədə öncəki məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, itburnu çayı, bitkisi faydalı olduğu kimi, bəhməzinin də yararları olduqca mühümdür

Öpüş xəstəliyi nədir?

Öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi olaraq bilinən mononükleoz, Epstein-barr virusunun səbəb olduğu hərarət, boğaz ağrısı, limfa vəzlərində şişlik əlamətiylə xarakterizə edilən yayılan viral infeksiyadır

Badam südünün faydaları

Badam südü bitki mənşəli qidalar arasında ən çox istifadə edilən südlərdən biridir. xəbər verir ki, xüsusilə bitkisəl qidalamağa meyilli olan şəxslər ya da tamamilə veqan qidalanma tərzində qidalanan şəxslər süd və süd məhsullar

Xərçəng riskini aşağı salır - Kökün faydaları

Kök özünəməxsus dad və qoxuya sahibdir. Rəng cəhətdən bir neçə növü var. Faydaları isə hər rəngində olduqca yüksəkdir. Kökün, 85%-i sudan, 10 %-lik hisəsi lif və şəkərdən, qalan qismi az miqdarda yağ, protein, vitamin v

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Qış meyvələrindən necə və nə üçün istifadə edilməlidir?

Qış meyvələri, soyuq aylarda sağlamlığınızı qorumaq üçün vacibdir. Bu mövsümdə bolca mövcud olan portağal, naringi, alma kimi meyvələr, yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir. xəbər verir ki, nar v


bogaz agrisi dis agrisi babasil mualicesi tecili tibbi yardim