Sarımsaqla qurd müalicəsi

Sarımsaqla qurd müalicəsiQurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür.

Doktorinfo.az xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir.
Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrdə müalicə edilmədiyi təqdirdə problemlərə yol aça bilər. Qıl qurdu bağırsaq paraziti olaraq bilinir. Bu xəstəlikdə əsas məsələ gigiyenik təmizlikdən keçir. Yataq örtükləri, iç geyimlər yaxşı yuyulub ütülənməlidir.

Bəs qıl qurdunun olmasını necə öyrənə bilərsiniz?

Qıl qurdunun elametleri:

Anus ətrafında qaşıntı – Bu nahiyəyə qurd yumurtalarını buraxır və bu yumurtalar şiddətli qaşıntıya yol açır. Adətən gecə saatlarında daha kəskin formalı olur. Yatarkən narahatçılıqlar yaradır. Dəridə problem yarada bilər.

Vaginal axıntı – Vaginada qaşıntı və axıntılara yol aça bilər.

Bəzən qarın ağrısı və mədə bulantısı da müşahidə edilə bilir.
Qıl qurdu bağırsaqlarda yerləşərək infeksiyalara yol açar.

Xalq təbabətindən istifadə edərək bu qurdlardan necə xilas olmaq olar?

Sarımsaqla qurd mualicesi:

1 xörək qaşığı vazelin

3 diş sarımsaq

Hazırlanması:

3 diş sarımsaq yaxşıca əzilir. 1 xörək qaşığı vazelin ilə qarışdırılır. Burada vacib olan əlcək və ya əllərinizi ən az şəkildə təmas etdirərək qaşınan nahiyəyə tətbiq etməkdir. Bu qaşıntını sakitləşdirir, uyuşuqluq hissi verə bilər.

Bu qarışım hər gecə yatmazdan öncə qaşınan nahiyəyə tətbiq edə bilərsiniz.

Sirkə də qurd üçün olduqca təsirli üsullardan biridir. 1 litr suyun içərisinə 1 çay stəkanı alma və ya üzüm sirkəsini əlavə edib hər tualetə getdiyiniz zaman təmizlənən zaman istifadə edə bilərsiniz.

Möcüzəvi sarımsaq və sirkə qarışımı:
Sarımsaqla qurd müalicəsiAlternativ tibdə uzun müddət istifadə edilən qıl qurduna qarşı müalicəedici xüsusiyyəti olan bu qarışım ən tesirli təbii üsullardan hesab edilir. Hazırlamaq olduqca asan və təsirlidir. Təmizliyə riayət olunmalıdır.

Lazımdır:

1 butulka alma sirkəsi

Bir neçə diş sarımsaq

Hazırlanması:

İlk olaraq bir butulkanı alma sirkəsi ilə doldurun və içərisinə sarımsaqları qoyun. Butulkanı 10 gün ərzində rəfdə saxlayın. 10 gündən sonra hazırladığınız qarışımı süzüb hər gün bir stəkan için. 10 gündən artıq istifadə etməyin. 3-4 gün ara verdikdən sonra təkrar başlaya bilərsiniz.

Uşaqlarda isə problemlə bağlı ilk olaraq pediatra müraciət edib məsləhətləşməyiniz tövsiyə edilir.

Xalq Təbabəti     Baxılıb: 1197   Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Dərdinizin dərmanı bu bitkidədir

Zəfəran dünyanın bahalı ədviyyatlarından hesab edilir. Bahalı olduğu qədər də insan orqanizminə olduqca faydalıdır. Belə ki, zəfəran psixoloji problemlərdən immun sisteminə qədər yaranan bir çox xəstəliklərin müalicəsind

Sarımsaqla qurd müalicəsi

Qurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür. xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir. Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrd

Yasəmən yağının faydaları

Gözəl qoxusu və özünə xas görüntüsü ilə seçilən yasəmən yağının bilmədiyimiz bir çox faydaları var. Yasəmən yağının faydaları nələrdir?. təqdim edir:. Vücuda müxtəlif tesirleri mövcuddur. Yasəmən yağı astiseptik və antibaktria

Cinsi zəifliyi aradan qaldıran vasitələr

Cinsi zəifliyi səbəbindən asılı olaraq təbii və tibbi üsullarla müalicə edərək aradan qaldırmaq mümkündür. -ın təqdim etdiyi türkə çarə vasitələrlə mövcud problemi aradan qaldıra bilərsiniz. Həmçinin bu üsulların vücudunuz

Gözaltı göyərmələrin səbəbləri və təbii çarəsi

Gözaltı göyərmələr zamanla hər insanın başına gələn dəri problemidir. Yorğunluq, genetik faktorlar kimi bir çox fərqli səbəblə ortaya çıxa bilən gözaltı göyərmələri estetik olaraq həm narahat edir, həm də həyat keyfiyyətin

Mazolun müalicəsi

Ayaq mazollarının yaranması ən geniş yayılan problemlərdən biridir. Mazollar ayaq dərisinin uzun müddət ərzində sıxılması nəticəsində yaranır. xəbər verir ki, düzgün seçilməmiş ayaqqabılar, dar corablar bu hala zəmin yaradır

Baş ağrılarını azaldan çaylar

Baş ağrıları əksər insanın ortaq problemidir. xəbər verir ki, bir çox insan dərmana üz tutsa da bəziləri gündəlik əziyyət çəkdiyi baş ağrılarından təbii yollarla xilas olmaq istəyir. Bes bas agrilarini azaldan caylar hansilardir?

Daim əlləriniz üşüyür? - Səbəbi və həll yolu

Bir çox insan əllərinin, barmaqlarının daim soyuq olmasından şikayətlənirlər. Bədənləri üşüməsə də əllər və barmaqlar buz kəsir desək yanılmarıq. xəbər verir ki, buna sebeb barmaqlara kifayət qədət qanın çatmamasıdır. Bə

Çiyin ağrıları zamanı xalq təbabəti

Uzun müddət yanlış oturma pozisiyası, anidən edilən yanlış hərəkət çiyin ağrılarına zəmin yaradır. Çiyin ağrıları nə üçün olur?. faktorları təqdim edir:. Duruş pozğunluqları. Stress. Kompüter arxasında uzun müddət oturma


cinsi xestelikler dis agrisi bogaz agrisi tecili tibbi yardim